Icma.az
close
up
RU
Qazinin pulunu kim kəsib? Video

Qazinin pulunu kim kəsib? Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Novxanıda fəaliyyət göstərən “AF Beach Hotel” 1 həftə öncə məndən gül sifarişi edib. Ümumi dəyəri 640 manat olan  gülləri hotelə çatdırdıq, amma indi nə ödənişi geri qaytarırlar, nə də güllərimi”. 

Bu şikayətlə “Qafqazinfo”ya gülçülük mağazalarından birinin sahibi, İkinci Qarabağ Müharibəsi qazisi Ümid Hüseynov müraciət edib. 

O hotelin sahibi tərəfindən dələduzluğa məruz qaldığını deyir: “1 həftə öncə özünü hotelin sahibi kimi təqdim edən Vahid adlı şəxs və Ayparə adlı xanım gül sifariş etdi. Həmin gün aparıb çatdırdıq. Onlar dedi ki, ödənişi axşam edəcəyik, mən bununla razılaşdım. Düşünməzdim ki, belə bir hotel 640 manatın söhbətini etsin. Ödəniş olunmadığı üçün ora getdim. Gördüm ki, bütün gülləri yerləşdiriblər, içəri keçdiyim zaman məni oradan uzaqlaşdırdılar. Güllərimi götürməyə də imkan verilmədi”. 

Sahibkarın sözlərinə görə, hotel sahibi vətəndaşa istədiyi yerə şikayət edə biləcəyini deyib: “Onlardan pulumu istəyirəm, mənə “Bu hotelin rəhbəri böyük adamdır. Get, hara istəyirsən, ora da şikayət elə” deyirlər. Onlara bildirdim ki, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm, etdim də. Bu haqsızlığın qarşısının alınması üçün məsələnin ictimailəşməsini istəyirəm”. 

Qarşı tərəfin mövqeyini öyrənmək üçün hotellə əlaqə saxladıq. Verilən cavab isə belə oldu: “Bu məlumatlar yanlışdır. Bizim hotel tərəfindən, ümumiyyətlə, o mağazadan gül alınmayıb. Sadəcə məsələ belədir ki, biz hotelin yuxarı hissəsini Ayparə adlı xanıma icarəyə vermişik. Onun tərəfindən bu güllər hotelimizə hədiyyə olunub, bizim bununla bir əlaqəmiz yoxdur. Heç kimdən gül almamışıq. Bu məsələdə biz yox, həmin xanım cavabdehdir”. 

Ayparə Dadayeva isə saytımıza açıqlamasında bildirib ki, ödəniş üçün vətəndaşdan kart nömrəsi tələb olunub: “Mən bir müddətdir hoteldə olmadığım üçün bəyə ödəniş edilməyib. Ona kart nömrəsini atmağını tələb etsəm də, geridönüş etmir”.

Qeyd edək ki, bir neçə il əvvəl 35 yaşlı A.Dadayevanın adı yarım milyonluq mənimsəmədə də çəkilib. Belə ki, onun “Sara Group” MMC-də anbardar işləyərkən 451 min manat mənimsədiyi, bununla bağlı şirkətin direktoru Şirvan Əhmədovun müraciəti əsasında araşdırma aparıldığı bildirilib.

Fidan Etibar 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 İyun 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri