Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? RƏSMİ AÇIQLAMA
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son günlər avtobusların çoxu elektrikli avtobuslarla əvəzlənsə də, hələ də sıxılmış qazla fəaliyyət göstərənlər var.
Ancaq qeyd edək ki, uzun müddət sıxılmış qazla fəaliyyət göstərən avtobusda olmaq bir müddət sonra baş ağrısı, yuxululuq kimi təsirlər yarada bilir.
Bəs bu, sürücülərə necə təsir edir?
Qeyd edək ki, qanunvericilikdə “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”na görə bəzi ağır və yeraltı əmək şəraitli istehsalatlarda çalışan işçilərə güzəştlər mövcuddur. Belə ki, həmin işçilərə pulsuz müalicə-profilaktik yeməklər, eləcə də süd və ona bərabər tutulan məhsullar verilməlidir.
Maraqlıdır, bu qayda məhz qazla işləyən avtobusların sürücülərinə aiddir?
Bizim.Media mövzuyla bağlı bir çox marşrutun məxsus olduğu "BakuBus" MMC-yə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, “BakuBus” MMC-də sıxılmış təbii qazla (CNG) işləyən avtobusların sürücülərinin fəaliyyəti həmin siyahıda göstərilən zərərli və ya ağır əmək şəraitli iş yerləri kateqoriyasına aid deyil:
"Müəssisədə əmək şəraitinin qiymətləndirilməsi üçün cəlb edilən ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən iş yerlərinin attestasiyası aparılır. Attestasiya nəticələrinə görə müəssisədə zərərli və ya təhlükəli əmək şəraitinə malik iş yerləri yoxdur və bu barədə müvafiq sertifikat təqdim olunur.
Bu səbəbdən, sıxılmış təbii qazla işləyən avtobusların sürücüləri üçün əlavə müalicə-profilaktik qidalanmanın verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan heç bir hüquqi əsas mövcud deyil", - deyə cavabda qeyd olunub.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 14 Mart 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















