“Qazprombank” tətbiqi “App Store”dən yoxa çıxıb
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qazprombank” tətbiqi “App Store”dən yoxa çıxıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Qazprombank”dan məlumat verilib.
Bankdan bildirilib ki, xidmət müvəqqəti olaraq əlçatmaz olacaq. Eyni zamanda, əvvəllər quraşdırılmış proqramlar eyni rejimdə işləyir, onun funksiyaları tam mövcuddur.
Bank əvvəllər quraşdırılmış proqramları silməməyi tövsiyyə edir. Bankdan xəbərdarlıq edilib ki, tətbiq silindiyi halda onu yenidən yükləmək mümkün olmayacaq.
Qeyd olunur ki, bu həftə ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. Bundan sonra bir sıra ölkələr, o cümlədən Türkiyə, BƏƏ, Tayland və Çin bu kredit təşkilatı tərəfindən buraxılan “UnionPay” kartlarını qəbul etməyi dayandırıb.
Xatırladaq ki, noyabrın 21-də ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İsveçrə, Çin, Honq-Konq, Cənubi Afrika, Lüksemburq və Kiprdə qeydiyyatdan keçən bu kredit təşkilatı ilə əlaqəli şirkətlər də daxil olmaqla, 90-dan çox hüquqi şəxs məhdudiyyətlərə məruz qalıb. Departamentin bildirdiyinə görə, “Qazprombank”a və ya onun altı törəmə şirkətinə 50% və ya daha çox sahib olan bütün təşkilatlar bloklanmalıdır.
Kreml “Qazprombank”a qarşı sanksiyaların tətbiqini Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi adlandırıb. 2022-ci ilin yazından Aİ ölkələrinə Rusiya qazının tədarükünün ödənişi bu bank vasitəsilə təşkil olunub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məhdudiyyətləri şərh edərkən bildirib ki, Moskva cavab tədbirləri görmək niyyətindədir.
“Qazprombank” həmçinin xəbərdarlıq edib ki, noyabrın 26-dan “UnionPay” kredit kartlarından komissiyasız 50 min rubla qədər vəsait çıxarmaq imkanını ləğv edəcək.
Bu mövzuda digər xəbərlər:Apple TikTok la yanaşı 10 tətbiqi App Store dan sildi
20 Yanvar 2025 08:34
TikTok ABŞ də Google Play Store və App Store a geri döndü
14 Fevral 2025 11:13
Çinin Apple və “App Store” ödənişləri ilə bağlı istintaqa hazırlaşır
05 Fevral 2025 18:07
“ChatGPT” 2025 ci ildə “App Store”da ən çox yüklənən proqram oldu
11 Dekabr 2025 18:35
ABŞ ın Texas ştatında App Store la bağlı qanunun icrası müvəqqəti dayandırıldı
24 Dekabr 2025 15:17
Baxış sayı:136
Bu xəbər 24 Noyabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















