Icma.az
close
up
RU

Qəbələ Azərbaycan futbolu tarixində: 6cı şəhər, 12ci stadion... STATİSTİKA

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan yığması Millətlər Liqasında növbəti matçına çıxacaq.

Apasport.az xəbər verir ki, komandamız V turda Estoniyanı qəbul edəcək.

Həmin görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Bununla da, şəhər tarixində ilk dəfə yığmamızın oyununa ev sahibliyi edəcək.

Qəbələ yığmamıza “qucaq açan” 7-ci şəhər olacaq. Bunadək millimizin oyunları 3 Azərbaycan şəhərində keçirilib. 

Seçmə komandamızın çıxdığı 112 matçın 101-i Bakıda, 3-ü Gəncədə baş tutub. Daha bir görüş isə Lənkəran şəhərində təşkil olunub.

Lakin millimizin oyunlarına daha 3 şəhər ev sahibliyi edib. 

Müstəqillik tariximizdə iştirak etdiyimiz ilk turnir olan AVRO-1996-nın seçmə mərhələsinin 5 görüşünü də Türkiyənin Trabzon şəhərində keçirmişik. Buna səbəb UEFA-nın matçların Azərbaycanda baş tutmasına icazə verməməsi olub. 

Millimiz daha 2 qarşılaşmaya isə Albaniya və Xorvatiyada çıxıb. 2020-ci ildə baş tutan Qarabağ müharibəsi səbəbilə Azərbaycan yığmasının ev görüşləri Elbasan və Zapreşiç şəhərlərində təşkil olunub.

Azərbaycan sərhədlərini nəzərə alsaq, komandamız 2009-cu ildən sonra ilk dəfə rəqibini Bakıdan kənarda qəbul edəcək. Millimiz həmin il sentyabrın 9-da Lənkəran şəhər stadionunda Finlandiya ilə qarşılaşıb – 1:2.

Paytaxtda keçirilən 101 matç isə 6 arenada baş tutub. Yığmamız üçün daha doğma olan Tofiq Bəhramov adına Respublika stadionunda 58 beynəlxalq qarşılaşma keçirilib. Bakı Olimpiya Stadionu 15, “Neftçi Arena” (əvvəlki adı ilə “Bakcell Arena”) 14, “Liv Bona Dea Arena” (“Dalğa Arena”) 9, “ASK Arena” (“İnter Arena”, “Şəfa”) 4 və İsmət Qayıbov adına stadion 1 belə görüşə ev sahibliyi edib.

Qeyd edək ki, Azərbaycan – Estoniya matçı noyabrın 16-da saat 18:00-da baş tutacaq.

İsmayıl Xeyrullayev
 

Serbiya klubu “Kral klubu”nun rekordunu qırdı “Liverpul” yeni rekorda imza atdı AVRO 2024-ün ən gənc millisi: Türkiyə "Qarabağ" 9, "Neftçi" 22 pillə gerilədi Səlahət Ağayevdən yubiley oyunu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri