Icma.az
close
up
RU
Qəbələ Bəyannaməsi TDT nin qlobal güc mərkəzi qismində potensialını rəsmən ifadə etdi Ekspert

Qəbələ Bəyannaməsi TDT nin qlobal güc mərkəzi qismində potensialını rəsmən ifadə etdi Ekspert

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) oktyabrın 7-də Qəbələdə keçirilən Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü təşkilatın beynəlxalq sistemdə artan çəkisini və qlobal güc mərkəzinə çevrilmək potensialını sübut etdi. Görüşün yekunu olaraq qəbul edilən Bəyannamə bu potensialın rəsmi ifadəsidir. Qəbələ Bəyannaməsini analoji sənədlərdən fərqləndirən əsas məqam budur ki, o, TDT-nin həm mövcud durumunu, həm cari proqramlarını, həm də perspektiv planlarını, strateji ideyalarını çox aydın şəkildə ortaya qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Ekspert bildirib ki, Qəbələ Zirvəsində TDT-yə üzv və müşahidəçi dövlətlərin ən yüksək səviyyədə iştirakı təşkilatın artan nüfuzunun göstəricisidir. Tədbir iştirakçılarının çıxışları TDT-nin perspektivə hesablanan ideyalarını reallaşdırmaq üçün zəruri potensiala malik olduğunu dünyaya təqdim etdi. Görünən budur ki, təşkilat BMT və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə etməklə, artıq özünün beynəlxalq aktor kimi mövcudluğunu rəsmiləşdirmək fikrindədir.

“Qəbələ görüşünü öncəkilərdən fərqləndirən mühüm amillərdən biri də təşkilata üzv dövlətlərin hərbi təsisatlarının birgə təlimlərinin təşkil olunması ilə bağlı təşəbbüslərin elan edilməsidir. Məlumdur ki, Türk dünyasının birgə ərazisi 5 milyon kvadrat kilometrdən artıqdır, ümumi ixrac potensialı isə 500 milyard ABŞ dollarına yaxındır. Qlobal və regional nəqliyyat dəhlizlərinin işləməsi böyük mənada bu məkanın istəyinə bağlıdır. Qlobal enerji təhlükəsizliyi layihələrində də TDT-nin xüsusi payı vardır. Bütün bu iqtisadi, sosial və siyasi layihələrin gerçəkləşdirilməsi üçün TDT-yə üzv dövlətlərin müdafiə və təhlükəsizlik imkanlarının artırılması zəruridir. Qəbələ görüşündə irəli sürülən təkliflər məhz müdafiə və təhlükəsizlik vektorları üzrə TDT-nin imkanlarını artırır.

Artıq tam rahatlıqla deyə bilərik ki, Türk dövlətlərinin birlik, inteqrasiya və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan əməkdaşlıq modeli ideyadan reallığa çevrilməkdədir. Türk Dövlətlər Təşkilatı XXI əsrin yeni geosiyasi qütblərindən biridir. Qəbələ görüşü və Qəbələ Bəyannaməsi bu reallığın siyasi müstəvidə ifadəsidir”, - deyə M.Ələsgərli əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri