Qəbələ futbolçusuna görə ziyana düşdü 14 min 500 manat
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasında XXXI turunun "Qəbələ" - "Qarabağ" matçı ilə bağlı cərimələr müəyyənləşib.
Qəbələ təmsilçisi ümumilikdə 14.500 manat dəyərində cəza ilə üzləşib.
9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyununun 86-cı dəqiqəsində “Qəbələ” komandasının 11 nömrəli futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar əşya atıldığına görə “Qəbələ” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
"Sabah" son 9 mövsümdə bunu bacaran ilk komanda oldu Puxaç daha 3 il "Sabah"da - RƏSMİ AFFA "Neftçi"nin şikayətini təmin etməyib “Qarabağ” və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı I Liqa: XXVI tura start verilir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 14 May 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















