Icma.az
close
up
RU
Qəbələ nin müdafiəçisi: Birinci Liqa daha çətindir, rahat oyun yoxdur MÜSAHİBƏ

Qəbələ nin müdafiəçisi: Birinci Liqa daha çətindir, rahat oyun yoxdur MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qəbələ"nin müdafiəçisi Murad Musayev Sportal.az saytına müsahibə verib.

- “Qəbələ" bu tur əsas rəqiblərdən olan "İmişli"ni səfərdə məğlub etməyi bacardı. Mövsümdə ilk dəfə qol buraxdınız, ancaq qalib gələ bildiniz. Mövsümü qol buraxmadan tamamlamaq yəqin ki, çətin olardı?

- Əlbəttə ki, əsas olan qalib gəlmək idi. İstəyirdik ki, rəqiblərimizdən bir az da uzaqlaşaq. Bəli, bu sezon qol buraxmamışdıq. Çalışırıq ki, müdafiədə diqqətli və keyfiyyətli oynayaq. Lakin vacib olan qalibiyyətdir ki, onu da qazandıq.

- “Karvan" “Qəbələ”dən 7 xal  geridədir. Yəqin ki, bu mövsümü çempion kimi tamamlayacaqsız? Turnir cədvəlində sizə çata bilən komanda görünmür. Çempionluğa, Premyer Liqaya qayıdışa yaxın olduğunuzu hiss edirsiz, yoxsa bu haqda hələ düşünmürsüz?

- Əsas istəyimiz və şübhəsiz ki, tapşırığımız çempion olmaqdır. Premyer Liqaya qayıtmaq əsas məqsədimizdir. Lakin bu haqda danışmaq tezdir. Biz yavaş-yavaş o məqsədə doğru irəliləyirik. Qarşıdakı matçları düşünürük.

- “Qəbələ" yəqin ki, Birinci Liqa klubları arasında Premyer Liqaya infrastruktur olaraq ən hazır komandadır. Digər klublar arasında Premyer Liqaya hazır komanda var? Bu sezon sizə ən çox çətinlik yaradan komanda hansı oldu?

- Doğrudur, “Qəbələ”də olan şərait və vəziyyət heç kimə sirr deyil. İllərdir ki, Premyer Liqada mübarizə aparırıq. İndi də aşağı liqada uğurlu çıxış edərək, yenidən yüksək liqaya vəsiqə qazanmaq niyyətindəyik. Birinci Liqada asan və rahat oyun yoxdur, hər matç çətin keçir. Məncə, Birinci Liqada oyunlar daha da çətindir. Hər komanda bizə çətinlik yarada bilir.

- Premyer Liqadakı "Qəbələ" və Birinci Liqadakı komanda arasında heyəti saymasaq, hansı fərq var? Ən azından ötən mövsümkü komanda arasında indiki ilə fərq yüksəkdir?

- İmkanlar baxımından hər şey eynidir. Bizim üçün hər cür şərait yaradılıb. Çox gözəl şəkildə də davam edir. Böyük fərq görmürəm.

- 2025/2026 sezonundan Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Hazırkı komandadan Premyer Liqa üçün az oyunçu cəlb ediləcəyini düşünürsən, yoxsa elə indiki heyəti köklü dəyişməsəz də, Premyer Liqada oynaya bilərsiz?

- Qərarı verən rəhbərlik və komandamızın baş məşqçisidir. Bu gün üçün biz üzərimizə düşən vəzifə “Qəbələ”ni Birinci Liqada çempion etməkdir. Gələcəkdə necə olacağını zaman göstərəcək. İndi biz yalnız növbəti görüşlərə və ümumiyyətlə bu sezon uğurlu çıxış etməyə fokuslanmışıq.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri