Icma.az
close
up
RU
Qəbələ nin narazılığı, PFL in təəccübü... bölgə klubuna güzəşt edilməyib?

Qəbələ nin narazılığı, PFL in təəccübü... bölgə klubuna güzəşt edilməyib?

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Son zamanlar ölkə futbolunda haqqında ən çox danışılan klublardan biri "Qəbələ"dir. Premyer Liqada mübarizə başlamasa da, bölgə klubu elitada yerini təmin edəndən bəri fikir mübarizəsinə start verib. Xeyli məsələlərlə gündəmə gəliblər. İdman direktoru Səbuhi Səfiyarlının diliylə danışan klubun əksər iradları da haqlıdır. 

Məsələn, Klublar Komitəsində əvəzedicilər liqası ilə bağlı səsvermə aparıb, sonradan AFFA-nın öz bildiyi kim qərar çıxarması "Qəbələ"ni hiddətləndirib. Yəni klubların mövqeyi nəzərə alınmayacaqdısa, bu tamaşa nəyə lazım idi... "Qəbələ"nin daha bir etirazı da federasiyanın "İmişli" ilə "Karvan"a etmək istədiyi güzəştlə bağlıdır. Deyilənə görə, "Qəbələ" artıq bununla bağlı AFFA-ya məktub ünvanlayıb ki, adıçəkilən klublara əvəzedicilər liqasında iştirak etməməyə icazə verilsə, "Qəbələ" də eyni yolla gedəcək. 

"Qəbələ"nin narazılığına səbəb olan daha bir məsələ, daha dəqiq desək, daha bir qurum PFL-dir. Bir müddət əvvəl İTV-nin podkastında qonaq olan Səfiyarlı deyib ki, protokolda yol verilən texniki səhvə görə, PFL onları 110 min manat cərimə edib, hər nə qədər xahiş etsələr də, heç bir güzəştə getməyiblər "Qəbələ"yə. 

Bunu eşidəndə adamın gözü önündə ağır və qəddar mənzərə canlanır. Bir tərəfdə ölkə futbolunda ən yaxşı infrastruktura və akademiyaya malik, amma əvvəlki imkanları olmayan bölgə klubu, qarşı tərəfdə ona güzəşt etməyən PFL. Həm Peşəkar Futbol Liqasının rəhbəri Elxan Səmədovu, həm də bu qurumda çalışan Aslan Şahgəldiyev, Elgiz Abbasov, Sənan Abdullayev kimi peşəkar və vicdanlı insanları yaxşı tanıdığımızdan bu məlumat bizə qəribə gəldi. Yəni həqiqətənmi "Qəbələ"yə güzəşt olunmayıb?

Araşdırma apararkən ortaya maraqlı faktlar çıxdı. Sən demə, Elxan Səmədovun PFL-ə rəhbərlik etdiyi dönəmdə ən çox güzəşt edilən klub məhz "Qəbələ" olub. Bölgə klubuna keçilən məbləğ 450 min manatdan çox olub bu bir neçə ildə. Hətta klub rəhbərliyinin belə münasibətə görə PFL-ə minnətdarlıq etdiyi, göstərdiyi anlayışa görə təşəkkür bildirdiyini də öyrəndik. 

Lakin indi məsələ elə təqdim olunur ki, sanki PFL "Qəbələ"yə qarşıdır, güzəştə getmir, imkansız bölgə klubunu sıxırlar. Yaxşı olardı ki, "Qəbələ" 110 min manat güzəşt olunmadığını ictimaiyyətə bəyan edərkən, bu günə qədər olan çoxsaylı güzəştləri də vurğulayardı. O zaman artıq hər kəs özü qərar verərdi ki, PFL "Qəbələ"yə qarşıdır, yoxsa ona dəstək!

Həmid

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri