Icma.az
close
up
RU
Qəbələ nin nigeriyalısı: İşimizi şansa saxlamaq istəmirik MÜSAHİBƏ

Qəbələ nin nigeriyalısı: İşimizi şansa saxlamaq istəmirik MÜSAHİBƏ

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qəbələ"nin nigeriyalı futbolçusu Oçe Oçeveçinin Sport24.az-a müsahibəsi

- Komanda hazırda I Liqada 39 xalla liderdir. "Qəbələ"nin Premyer Liqaya vəsiqə qazandığını demək olarmı?
- Hər kəsə bəlli olduğu kimi, bu mövsüm hər birimiz bir məqsədə, Premyer Liqaya yüksəlməyə köklənmişik. Düşünürəm ki, artıq hədəfimizə çatmaq üçün gediləcək yolun yarısındayıq. Lakin hələ mövsüm başa çatmayıb. Sona qədər mübarizə aparmalı və mövsümü maksimum nəticə ilə bitirməliyik. İşimizi şansa saxlamaq istəmirik.
- Ötən turda MOİK-i dörd cavabsız qolla üstələdiniz. Oyun haqqında nə deyə bilərsən?
- MOİK-lə ötən turda baş tutan görüş göründüyü qədər asan keçmədi. Oyunda qələbə qazandığımıza görə çox xoşbəxtəm. Nəzərə alsaq ki, bu qələbə ilə liderliyimiz bir qədər də möhkəmləndi, bu bizi çox sevindirir.
- Ötən ilin sentyabrından "Qəbələ"də çıxış edirsən. Gəlməmişdən əvvəl klub haqqında, Azərbaycan futbolu haqqında məlumatın var idi?
- Bəli. Azərbaycana gəlməzdən öncə əvəvllər burada oynayan bir dostumla danışdım. Mənə ölkə, çempionat və xüsusən də "Qəbələ" barədə çox müsbət danışdı. Onun da məsləhəti ilə klubdan gələn təklifi qəbul etdim. Düşərgəyə qatıldıqda isə düzgün qərar verdiyimə bir daha əmin oldum.
- I Liqanın səviyyəsi barədə nə deyə bilərsən?
- Düşünürəm ki, 1-ci Liqa kifayət qədər yaxşı təşkil olunmuş çempionatdır. Hər bir komandanın öz qarşısına qoyduğu məqsədləri var. Bu da onlar arasındakı rəqabəti daha da gücləndirir. İstənilən halda isə sonda yarışın və oyunların daha da göz oxşamasına və maraqlı keçməsinə şərait yaradır.
- Premyer Liqaya vəsiqə qazanandan sonra komandada qalmağı planlaşdırırsanmı?
- Bu məsələlər barədə yalnız mövsümün sonunda qərar veriləcək. Hazırda bu barədə düşünmürük. Çünki, indi biz yalnız Premyer Liqaya yüksəlmək haqda fikirləşirik. Məncə, hazırda hər şeydən vacib olan məsələ məhz budur. Əminəm ki, əziyyətimizin bəhrəsini görərək mövsümün sonunda qoyduğumuz hədəfə çatmış olacağıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 Fevral 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri