Icma.az
close
up
RU
“Qəbələ” rəhbərliyi bilməlidir ki…

“Qəbələ” rəhbərliyi bilməlidir ki…

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Qəbələ”də “Şamaxı” məğlubiyyətinin ardından əsas tablo üzə çıxdı. Komandanın oyun gücü artıq hər kəs üçün bəllidir. “Qırmızı-qaralar”ın uğursuz transfer dönəmi, heyət seçimi bu mövsümün çətin keçəcəyini göstərdi.

Oyundan sonra Kaxaber Tsxadadzeyə olan etirazlar isə başqa durumdan xəbər verir. Azyaşlılardan ibarət və böyük ehtimalla klubun aşağı yaş qrupu komandalarının üzvləri baş məşqçini istefaya çağırırdı.

Bu süni yaradılmış təpki, üzərində durulacaq qədər ciddi mövzu deyil. Amma Tsxadadzenin azarkeşlərin üzərinə yürüməsi və hətta yuxarıdan klub rəhbəri Fariz Nəcəfovun “Kaxa”, “Kaxa” deməsinə məhəl qoymaması çox pis göründü. Azərbaycan futboluna yüksək xidmətləri olan “Qəbələ” kimi klubun bu duruma düşməsi/salınması dərin təəssüf doğurur.

Hiss olunur ki, idarəetmədə döşünə döyən adamlar olmasına baxmayaraq, klub daxilində ciddi boşluqlar var. Və bu, uğursuz nəticələrin ardından daha da çox üzə çıxır.

Əlaltı məşqçidən qurtulma cəhdi, süni gərginlik “Qəbələ”yə yad üslub deyil. Amma etiraf edək ki, əvvəllər bunu daha peşəkar səviyyədə edirdilər.

Matçdan sonra gürcüstanlı məşqçinin açıqlaması isə çox şeydən xəbər verir. Klubun transfer siyasətini hədəf alan Tsxadadze oyunçuların səviyyəsindən narazılıq etdi. Hətta onları aşağı komandaya göndərəcəyini bildirərək transferləri, onları kluba gətirənləri ələ saldı. İnsafən, gürcüstanlı məşqçi haqlıdır.

“Qəbələ”nin heyətə cəlb etdiyi legionerlər biabırçı durumdadır. Yerlilərin isə əksəriyyəti I Liqa oyunçularıdır. Bu halda baş məşqçiyə hücum etmək, onu günahlandırmaq ucuz iş olar.

Üstəlik, heyətdə yer alan bəzi legionerlər kifayət qədər yüksək maaş alırlar. Onların bəzilərinin 10-12 min dollar arası əmək haqqı aldığı bildirilir. Bu, olduqca ciddi məbləğdir. Hədəfi Premyer Liqada qalmaq olan klub bu məbləğdə maaşa çox səviyyəli futbolçular gətirməlidir. Amma heyətdəki legionerlərin durumu göz qabağındadır.

Maliyyə cəhətdən ağır günlər yaşayan “Qəbələ” transferdə yol verdiyi ciddi nöqsanlarla yenidən aşağı liqaya yuvarlansa, bu səfərki nəticəsi daha ağır olacaq. Klub rəhbərliyi məsələnin fərqinə varmalı və bu aşağı səviyyəli futbolçuları heyətə cəlb edənlər barədə tədbir görülməlidir.

İdmanxeber.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri