Icma.az
close
up
RU
Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının tarixində yeni səhifə açdı

Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının tarixində yeni səhifə açdı

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Türk Dövlətləri Təşkilatı (TDT) XXI əsrin beynəlxalq münasibətlər sistemində türkdilli dövlətlər arasında əməkdaşlığın və strateji tərəfdaşlığın mühüm platformasına çevrilmişdir . 2009-cu ildə Naxçıvan Sazişi əsasında yaradılan təşkilat bu gün regional sabitliyin, iqtisadi inteqrasiyanın və ortaq mədəni dəyərlərin qorunmasının əsas dayaqlarından biridir.
7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dünyasının həm siyasi, həm iqtisadi, həm də mənəvi inteqrasiyası baxımından dönüş nöqtəsi kimi tarixə düşdü. Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu, strateji baxışları əks etdirən çıxışı bu zirvəni sadəcə diplomatik toplantıdan daha artıq – türk birliyinin gələcək istiqamətlərini müəyyənləşdirən konseptual bir platformaya çevirdi.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Türk Dövlətləri Təşkilatı bu gün təkcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Artıq TDT beynəlxalq səviyyədə nüfuzlu, regional sabitliyin və qlobal əməkdaşlığın yeni dayağına çevrilməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, təşkilatın beynəlxalq nüfuzunun artması təsadüfi deyil. Bu nüfuz ortaq tarixi köklər, etnik bağlar, müştərək milli-mənəvi dəyərlər və ortaq maraqlara söykənir.
Azərbaycanın TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi, bu birliyə verdiyi dəstəyin və inamın bariz göstəricisidir. İlham Əliyevin fikrincə, daxili sabitlik, gənc və dinamik əhali, zəngin təbii resurslar, nəqliyyat-logistika imkanları və hərbi-texniki potensial türk ölkələrini qlobal səviyyədə mühüm aktora çevirir.
Azərbaycan lideri çıxışında xüsusi olaraq vurğuladı ki, sülh və təhlükəsizlik olmadan inkişaf mümkün deyil. Naxçıvan Sazişində bu prinsiplərin TDT-nin əsas vəzifələri kimi təsbit edilməsi, türk dövlətlərinin strateji baxımdan ortaq düşüncəyə malik olduğunu göstərir. Prezident qeyd etdi ki, Şuşada qəbul edilən Qarabağ Bəyannaməsi və bu dəfəki Zirvənin “Regional sülh və təhlükəsizlik” mövzusu təşkilatın gündəliyində təhlükəsizlik məsələlərinin mərkəzi yer tutduğunu nümayiş etdirir.
İlham Əliyev Azərbaycanın Türkiyə ilə hərbi və hərbi-texniki əməkdaşlığını nümunə göstərərək bildirdi ki, son bir ildə iki ölkə arasında 25-dən çox birgə təlim keçirilib. Prezidentin 2026-cı ildə TDT-yə üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlər keçirməsi təklifi isə türk dövlətlərinin təhlükəsizlik sisteminin gələcəkdə vahid mexanizmə çevrilməsi baxımından mühüm addımdır.
Dövlət başçısı 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin və 2023-cü ildə keçirilən antiterror tədbirlərinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasını Türk dünyası üçün örnək hadisə kimi dəyərləndirdi. Bu Qələbə yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur mənbəyidir. İlham Əliyev bildirdi ki, Vaşinqtonda imzalanan Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirəcək. ATƏT-in Minsk qrupunun bağlanması ilə isə münaqişənin tarixi səhifəsi tam bağlanıb.
Prezidentin “Biz işğalçını döyüş meydanında məğlub etdik, ədalətli sülhə nail olduq” fikri Azərbaycanın sülh gündəliyinin mahiyyətini açır – sülh yalnız güclü dövlətlərin əldə etdiyi dəyərdir.
İlham Əliyev nəqliyyat və kommunikasiya əlaqələrini Türk Dövlətləri Təşkilatının strateji prioritetlərindən biri kimi qiymətləndirdi. Azərbaycan bu sahədə artıq regional mərkəz rolunu oynayır. Prezidentin sözlərinə görə, 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar 90 faiz artıb, tranzit müddətləri isə əhəmiyyətli dərəcədə azalıb.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma şirkəti Azərbaycanın bu sahədə liderliyini təsdiqləyir.
Vaşinqton Zirvəsinin nəticələrindən biri kimi Zəngəzur dəhlizinin açılması xüsusi qeyd edildi. Prezident vurğuladı ki, bu dəhliz həm Orta Dəhliz, həm də Şimal-Cənub xətti çərçivəsində strateji əhəmiyyət daşıyır. Bu, türk dövlətlərini birləşdirən iqtisadi, logistik və siyasi körpüdür.
Azərbaycan bu gün 14 ölkəyə təbii qaz ixrac edir və coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. İlham Əliyev qeyd etdi ki, ölkəmiz yalnız karbohidrogen ixracatçısı kimi deyil, həm də yaşıl enerji sahəsində lider mövqeyini gücləndirir.
2030-cu ilə qədər Azərbaycanın enerji istehsalının 40 faizinin bərpaolunan mənbələrdən təmin ediləcəyi planlaşdırılır. Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa yaşıl enerji dəhlizi layihəsi türk dünyasının ekoloji dayanıqlılıq baxımından strateji əməkdaşlıq modelinə çevrilməkdədir.
Azərbaycanın qardaş ölkələrin iqtisadiyyatına yatırdığı 20 milyard dollardan artıq sərmayə və Qazaxıstan, Qırğızıstan, Özbəkistanla yaradılmış birgə sərmayə fondları türk dünyasının iqtisadi inteqrasiyasına xidmət edən real mexanizmlərdir.
Prezident İlham Əliyev çıxışında türk dünyasının mənəvi birliyini ön plana çəkərək, 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini xatırlatdı və onun 100 illik yubileyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif etdi. Bu təklif türk kimliyinin elmi və mədəni əsaslarını möhkəmləndirməyə xidmət edir.
Dövlət başçısı çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək göstərən qardaş ölkələrə təşəkkürünü bildirdi. Füzulidə, Ağdamda, Cəbrayılda tikilən məktəblər, mədəniyyət ocaqları və məscidlər təkcə infrastruktur layihələri deyil, türk həmrəyliyinin canlı rəmzləridir.
Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının tarixində yeni səhifə açdı. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan təkcə təşəbbüskar deyil, həm də Türk dünyasının gələcək strategiyasının formalaşdırıcısıdır.
Bu Zirvə türk dövlətlərini yalnız iqtisadi maraqlar deyil, həm də ortaq dəyərlər, mədəniyyət, dil və tarix ətrafında birləşdirən bir ideoloji təməl yaratdı. İlham Əliyevin səsləndirdiyi ideyalar – sülh, təhlükəsizlik, enerji, nəqliyyat və bərpaolunan inkişaf istiqamətləri Türk Dövlətləri Təşkilatını XXI əsrin ən mühüm regional ittifaqlarından birinə çevirmək gücündədir.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Oktyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri