Qəbələdə avtomobilin üzərinə aşmış ağac kəsilərək götürülüb, yolda hərəkət bərpa edilib VİDEO
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Qəbələ şəhərində irigövdəli ağacın avtomobilin üzərinə aşması və nəticədə avtomobil yolunun bağlanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər müvafiq vasitələrlə avtomobilin üzərinə aşmış ağacın hissələrə kəsərək yoldan götürülməsini, bununla da yolda sərbəst hərəkətin bərpasını təmin ediblər. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Bundan başqa, Mərkəzin xilasediciləri tərəfindən Qəbələ rayonu, Zarağan kəndində güclü külək səbəbindən avtomobillərin üzərinə aşmış obyektin damı ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülərək yolda avtomobillərin sərbəst hərəkəti təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 17 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















