Qəbələdə dəhşətli qəza: Ölən və xəsarət alanlar var
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisindən keçən magistral yolda baş verib.
Belə ki, kənd ərazisində "Mercedes" və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, "Mercedes"in sürücüsü 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Qəbələdə dəhşətli qəza: Ölən və xəsarət alanlar var
11 Noyabr 2024 12:44
Qəbələdə Mercedeslə VAZ toqquşdu Ölən və xəsarət alanlar var
11 Noyabr 2024 12:12
Qəbələdə ağır qəza ölən var
01 Fevral 2025 10:04
Qəbələdə AĞIR QƏZA: Ölən və yaralananlar var
11 Noyabr 2024 12:28
Xaçmazda zəncirvari qəza: Ölən və xəsarət alanlar var
21 Noyabr 2024 15:31

