Qəbələdə fermerlərlə görüş: Yaz tarla işlərinə hazırlıq başlandı
Icma.az, Azertag saytına istinadən bildirir.
Qəbələ, 11 aprel , AZƏRTAC
Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzində rayonda fəaliyyət göstərən fermer və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə təşkil edilən görüşdə yaz-tarla işləri eləcə də aqrar sektorun digər sahələrindəki vəziyyət müşakirə olunub, rəy və təkliflər dinlənilib.
AZƏRTAC-ın bölgə müxbirinə Rayon İcra Hakimiyyətindən verilən məlumata görə görüş zamanı fermerlərin üzləşdiyi çətinliklər, kənd təsərrüfatının inkişafı ilə bağlı problemlər və onların təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd olunub, fermerlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.
O da qeyd olunub ki, yaz tarla işlərinin başlandığı bu günlərdə fermerlərin qarşılaşdığı qayğılar diqqətdə saxlanılacaq, qaldırılan məsələlərin birgə həlli istiqamətində iş aparılacaq. Bununla yanaşı, qarşıdakı tarla mövsümündə də fermerlərlə mütəmadi əməkdaşlıq əlaqələri qurulacaq, əkin, biçin və sair işlərdə birgə fəaliyyət mexanizmləri yaradılacaq.
Müxbir - Rasim İslamoğlu
Baxış sayı:146
Bu xəbər 11 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















