Icma.az
close
up
RU
Qəbələdə meşə yanğınlarının transsərhəd təsirləri üzrə masaüstü təlim keçirilib

Qəbələdə meşə yanğınlarının transsərhəd təsirləri üzrə masaüstü təlim keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Qəbələ rayonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti və İtaliyanın CIMA Tədqiqat Fondunun birgə tərəfdaşlığı ilə meşə yanğınlarının transsərhəd təsirləri üzrə masaüstü təlim keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim transsərhəd meşə yanğınları risklərinin idarəedilməsi sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti arasında birgə əməkdaşlığı nəzərədə tutan “Azərbaycan və Gürcüstanda Meşə Yanğınlarının Transsərhəd Risklərinin Qiymətləndirilməsi və Fəaliyyət Planı üzrə Sailor Layihəsi” çərçivəsində təşkil olunub.

Tədbirin keçirilməsinin əsas məqsədi meşə yanğını ssenarisi əsasında meşə yanğınlarının transsərhəd risklərinin idarəedilməsi və cavab tədbirləri imkanlarının, habelə sözügedən layihədə pilot ərazi kimi müəyyən olunmuş ölkəmizin şimal-qərb regionu ilə Gürcüstanın Kaxeti regionunun müvafiq yerli qurumları arasında rabitə kanalları, əlaqələndirmə və qarşılıqlı məlumat mübadiləsi mexanizmlərinin sınaqdan keçirilməsi olub.

Masaüstü təlimdə transsərhəd təsirlərin idarəedilməsi bacarıqları və innovativ həllərə əsaslanan erkən xəbərdarlıq sistemlərinin, proqnozlaşdırma alətlərinin tətbiqi imkanları qiymətləndirilib, o cümlədən qeyd edilən sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Həmçinin, sözügedən tədbir çərçivəsində meşə yanğınlarının transsərhəd risklərinin idarəedilməsi sahəsində əməkdaşlığın davamı olaraq Azərbaycan FHN ilə Gürcüstan DİN-in Fövqəladə Halların İdarəedilməsi Xidməti arasında hazırlanması nəzərdə tutulan birgə fəaliyyət planının müvafiq istiqamətləri də müzakirə olunub.

Təlim çərçivəsində gürcüstanlı nümayəndələr Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin, o cümlədən digər yerli qurumlarının imkanları ilə yaxından tanış olublar.

Sözügedən təlimdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları, Qəbələ rayon Polis şöbəsi, “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayonun Tikanlı, Abrıx, Dandıx, Solqıca, Qəmərvan kəndləri üzrə bələdiyyələrin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin rəhbər şəxsləri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gürcüstan DİN-in Fövqəladə Halların İdarəedilməsi Xidməti və İtaliyanın CIMA Tədqiqat Fondunun nümayəndələri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Aprel 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see240

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see232

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see221

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see182

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see179

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see165

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see161

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see152

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see151

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri