Icma.az
close
up
RU
Qəbələdə meşəyə qənim kəsilənlər cəzalandırıldı

Qəbələdə meşəyə qənim kəsilənlər cəzalandırıldı

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən keçirilmiş birgə monitorinqlər nəticəsində Qəbələ rayonunun meşə fondu torpaqlarında qanun pozuntusu aşkar edilib. Müəyyən olunub ki, Qəbələ rayonu, Vəndam meşəbəyliyinin 86-cı kvartalında yerləşən və 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi (RMTM) tərəfindən turizm-rekreasiya məqsədilə istifadəyə verilmiş 0,6 hektar sahədə sahibkar tərəfindən müqavilə şərtləri kobud şəkildə pozularaq qanunsuz tikinti işləri aparılıb.

IDEA İctimai Birliyindən Bakıvaxtı.az-a bildirilib ki, monitorinq zamanı məlum olub ki, meşə fondu torpağında əsaslı tikinti aparılaraq 8x10x3 metr ölçülərində daş materialdan inşa edilmiş tikili, eləcə də təqribən 10x20 metr ölçüdə dəmir konstruksiyalar vasitəsilə quraşdırılmış avtodayanacaq sahəsi yaradılıb. Qeyd olunan tikinti işləri nəticəsində meşə əmələgəlmə prosesi məhdudlaşdırılıb, torpaq örtüyünə müdaxilə edilib və meşə fonduna ziyan vurulub.

15 saylı RMTM tərəfindən aşkar edilmiş qanun pozuntusu dərhal aktlaşdırılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq meşə fonduna dəymiş ziyan hesablanıb və sahibkara rəsmi qaydada izah edilib. Görülmüş operativ tədbirlər nəticəsində qanunsuz tikililər və konstruksiyalar dərhal sökülüb, ərazi əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq bərpa tədbirlərinə başlanılıb.

Bir daha ictimaiyyətin diqqətinə çatdırılır ki, meşə fondu torpaqlarında hər hansı tikinti və torpaq işlərinin aparılması yalnız qanunvericiliyin tələblərinə və bağlanmış müqavilələrin şərtlərinə ciddi riayət olunmaqla mümkündür. Əks halda, qanun pozuntularına yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən ölkə ərazisində meşə fondunun qorunması, qanunsuz müdaxilələrin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Fevral 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri