Icma.az
close
up
RU
Qəbələdə mühüm festival...

Qəbələdə mühüm festival...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Xalqları birləşdirən, sərhədləri aşan mənəvi dəyərlərin təcəssümü

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə təsadüf edir. Elə builki festivalda da dahi bəstəkarın 140 illik yubileyinə həsr olunmuş proqram təqdim olunur.

Dünya musiqisinin müxtəlif simaları bir məkanda

Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi çəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edərək ölkəmizdə ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib. Qeyd olunub ki, 2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq on dörd ildir ki, dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq, beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu sənət bayramı təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda, xalqları birləşdirən, sərhədləri aşan mənəvi dəyərlərin təcəssümüdür.

Festivalın bədii rəhbəri bildirib ki, bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü qeyd olunur. Məhz bundan irəli gələrək XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilmək məsuliyyətini öz üzərinə götürüb.

Daha sonra söz musiqiyə verilib. Festivalın açılış mərasimində izləyicilərə maraqlı proqram təqdim olunub. Həmin axşam Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş xüsusi konsert proqramı ilə yadda qalıb.

Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevin bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu festivalı Üzeyir bəyin “Cəngi” əsəri ilə açıb.

Musiqi tariximizin inciləri ilə dolu axşamda tanınmış bəstəkarların seçilmış əsərləri səslənib. İzləyicilər Səid Rüstəmov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mirişli, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Süleyman Ələsgərov, Fikrət Əmirov, Fərhad Bədəlbəyli, Müslüm Maqomayevin və digər bəstəkarların əsərlərini, eləcə də xalq mahnılarını dinləyiblər.

Festival iyulun 29-dək davam edəcək. Bu günlərdə Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək. Azərbaycanla yanaşı Latın Amerikası, Litva, Gürcüstandan dünyaşöhrətli musiqiçilər, dirijorlar və musiqi kollektivləri öz rəngarəng çıxışları ilə məharətlərini bir daha nümayiş etdirəcəklər. Festival çərçivəsində klassik musiqidən muğama, cazdan operaya qədər zəngin proqramlar təqdim olunacaq.

Festivalda çıxış etməkdən məmnunuq

Kollektivin bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayev bildirib ki, bədii rəhbəri olduğum Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu Azərbaycanın dilbər guşəsi olan Qəbələdə keçirilən festivalda ilk dəfədir iştirak edir: “Xoşbəxtəm ki, XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışında çıxış etmək bizim kollektivə nəsib olub. Biz bundan çox məmnunuq”.

Builki festival da musiqisevərlərin zövqünü oxşayacaq...

İndiyədək Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, həmçinin Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalında dəfələrlə iştirak etdiklərini vurğulayan Ağaverdi Paşayev deyib: “On dörd il əvvəl, 2009-cu ildə Qəbələdə ilk dəfə təşkil edilən beynəlxalq musiqi festivalına rəhbərlik etdiyim uşaq orkestri də dəvət almışdı. Mən həmin vaxt Azərbaycanda keçirilən digər beynəlxalq musiqi festivalında münsiflər heyətinin sədri olduğum üçün Qəbələ festivalında şəxsən iştirak edə bilmədim. Lakin uşaq orkestrim həmin festivalda bir nömrə ilə çıxış edib. Əminəm ki, builki festival da həm musiqisevərlərin, həm də Qəbələ sakinlərinin ürəyincə olacaq, onların zövqünü oxşayacaq”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri