Icma.az
close
up
RU
Qəbələdə qol arzusu, Bağırovun Gəncə səfəri

Qəbələdə qol arzusu, Bağırovun Gəncə səfəri

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Misli Premyer Liqasında IV tura start veriləcək. Açılış oyununda “Qəbələ” “İmişli” ilə üz-üzə gələcək.

Cari mövsüm qələbəsi olmayan “qırmızı-qaralar” bir neçə gün əvvəl baş məşqçi Kaxaber Sxadadze ilə vidalaşıb. Komandanı oyuna Amil Ağacanov – Miloş Yevtiç məşqçilər dueti hazırlayıb.

“Qəbələ” çempionatda bunadək  qol vura bilməyib. Aktivində bir xalı olan bölgə təmsilçisi yalnız “Şamaxı” ilə görüşdə heç-heçə edib. Digər matçlarda isə “Turan Tovuz”a və debütant “Şəfa”ya minimal hesabla uduzub.

Uğursuz nəticələr Sxadadzenin ayrılığına səbəb oldu. Rəhbərlik artıq yeni məşqçi axtarışındadır və qarşıdakı həftə bu məsələ böyük ehtimalla həll ediləcək.

Ötən mövsüm sərgilədiyi oyunla rəğbət qazanan “Qəbələ” heyətin əsas oyunçuları ilə vidalaşdı. Yeni gələnlər də hələ uyğunlaşmayıb. Üstəlik, legionerlərdə ciddi keyfiyyət hiss edilmir. Performanslara baxsaq, “Qəbələ” üç turdan sonra autsayderə yaraşan futbol sərgiləyir.

Sxadadzenin ayrılığından qısa müddət sonra komandada nələrinsə dəyişəcəyi ehtimalı azdır. Bu amillər bugünkü görüşdə “İmişli”ni favorit göstərir. Fərid Namazovun kollektivi daha ağıllı və diri futbol oynayır. Xüsusilə standart vəziyyətlərdə təhlükəli olan bölgə təmsilçisi “Qəbələ”ni də məhz bu silahı ilə vura bilər.

Günün digər görüşündə “Kəpəz” doğma arenasında “Şamaxı”nı qəbul edəcək. Gəncə şəhər stadionunda ötən turda baş tutan matçda “Turan Tovuz”a qalib gələn “sarı-göylər” qələbə seriyası yaxalamaq arzusundadır. Oyunda 10 minə yaxın azarkeş olacaq və bu, “Kəpəz” üçün əlavə motivasiya deməkdir.

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə sabiq komandasına qarşı qonaq qismində olacaq. Ötən mövsüm gəncəliləri elitada saxlayan Bağırovun gedişi fanatları məyus etmişdi. Bu gün isə o, Gəncəyə rəqib kimi gələcək.

“Şamaxı” 3 turda 2 heç-heçə edib, 1 dəfə məğlub olub. “Turan Tovuz” və “Qəbələ”dən xal almağı bacaran “şirlər” bu gün də “Kəpəz” səddini aşmağa çalışacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Sentyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri