Icma.az
close
up
RU
Qəbələdə üç sinfin bütün məzunları tələbə oldular FOTOLAR

Qəbələdə üç sinfin bütün məzunları tələbə oldular FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Qəbələ rayonunda iki məktəbdən üç müxtəlif sinfin məzunlarının hamısı ali məktəblərə qəbul olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il ali məktəblərə daxil olmaq üçün imtahan vermiş 830 nəfər qəbələli məzundan 560 nəfəri ilkin mərhələdə tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 120 nəfəri 500-700 bal arası, o cümlədən 56 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ən yüksək nəticəni isə Qəbələ şəhər Nicat Apayev adına 4 nömrəli və Pərviz Osmanov adına 2 nömrəli məktəbin şagirdləri göstərib. Belə ki, hər iki təhsil ocağı Qəbələnin təhsil həyatında bir ilkə imza atıb. Hər iki təhsil ocağında siniflərdən birinin bütün məzunları ali məktəblərə ilkin mərhələdə qəbul olunublar.

Əməkdaşımız bu uğurlu nəticələri qazanan məktəblərin məzunları və müəllim kollektivi ilə görüşüb, onların gələcək planları ilə maraqlanıb. Bu il ali məktəblərə sənəd verən qəbələli məzunlar onlara göstərilən etimadı yetərincə doğrulda biliblər. Xüsusən şəhər 4 nömrəli məktəbin 11 A sinfini bitirən 19 məzunun hər biri yüksək balla ali məktəblərə qəbul olunub. Bu münasibətlə məzunlar on bir il təhsil aldıqları tam orta məktəbdə bir araya gələrək müəllimlərini ziyarət edib, gələcək planlarından bəhs ediblər.

Budur, müəllimlər və məktəbin direktoru sinif otağına daxil olur. Hər kəs birinci sinifdə olduğu kimi ayağa qalxıb müəllimi salamlayır. Məktəbin direktoru Məhəbbət Əliyeva məzunların uğur hekayələrini elə dəqiqliklə ifadə edir ki, onların özləri belə heyranlıqla dinləyir.

Məzunlar qazandıqları uğurlardan qürurla bəhs edirlər. Çünki bütün çətinliklər arxada qalıb. Məsələn, Aysu Balıyeva qəbul imtahanlarında 677 bal toplayaraq Azərbaycan Tibbi Universitetinə qəbul olunub.

Sinif yoldaşı Nuray Eldarlı isə 651 balla sinifdə ikincidir və o da gələcəkdə həkim olmaq arzusunu reallaşdırmaq əzmindədir. “Uğura çatmaq üçün bu uzun və zəhmətli yolda valideynlərimin və müəllimlərimin rolu əvəzsizdir” - deyən Nuray sinif yoldaşlarına da bundan sonrakı təhsil həyatında uğurlar arzulayır.

Məktəbin direktoru Məhəbbət Əliyevanın sözlərinə görə, rəhbərlik etdiyi təhsil ocağı Qəbələnin təhsil həyatında bir ilkə imza atıb. Belə ki, bu il A və B sinifləri yüksək nəticə göstərib. 11A sinfinin 19 məzunun hamısı, digər sinfin 19 məzunudan 18-i artıq ilk mərhələdə tələbə adını qazanıb. Yeri gəlmişkən, Məhəbbət müəllimənin iki əkiz övladı şəhərin digər məktəbindən tələbə adı qazananlar sırasındadır.

“Məzunlarımızdan beş nəfəri 600 baldan yuxarı nəticə göstərərək 4 nəfər Tibb Universitetini, bir nəfər isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qazanıb. Bizim 11-cilər arasında 8 nəfər fərqlənmə attestatı alıb. 11 B sinfinin 19 şagirdindən 18-i ali təhsil müəssisələrinə qəbul olunub. Ümid edirik ki, o bir nəfər də ikinci mərhələnin seçim turundan sonra tələbə adını qazanacaq”,- deyə direktor fikrini tamamlayır.

Məzunlarının yüksək nəticələri ilə uğura imza atan digər təhsil ocağı Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli məktəbin kollektividir. Bu təhsil ocağınının əksər müəllimləri bu gün ali məktəbə daxil olan sinfin məzunları ilə görüşə gəlmişdi.

Məktəbin həyətindəki qoşa çinarın ətrafına yığışan kollektiv 100 fazilik nəticə göstərən şagirdləri ilə qürur duyduqlarını, bu yüksək nəticənin gələcək siniflər üçün bir stimul yaratdığını bildirdilər.

Məktəbin məzunu Tükəzban Zalova hərbi həkimliyə daxil olan ilk qəbələli kimi qürurludur. Qaynar gənclik dövrü yaşayan Tükəzban seçdiyi sahəyə dərindən bağlıdır və hərbi həkim kimi gələcəkdə Azərbaycan Ordusunun əsgər və zabitlərinin keşiyində dayanacağına söz verir.

Məktəbin digər məzunu Aygün Qəriblinin hüquqşünaslıq ixtisasını seçməsinə səbəb onun ideal saydığı böyük bacısıdır. Belə ki, Aygünün bacısı hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır. Qarşıdakı illərdə hər iki bacı bu sahə üzrə xaricdə magistr təhsili almaq və qanun keşiyində dayanmaq əzmindədirlər.

Tarixi ənənələri, milli vətənpərvərlik ruhunda yetişdirdiyi məzunları ilə hər zaman seçilən 2 nömrəli məktəbin direktoru Elsevər Mustafayev bildirir ki, bu 100 fazilik nəticədə, uğurda hər kəsin zəhməti var və builki məzunların uğuru digər şagirdlərə örnək göstəriləcək, siniflərarası rəqabəti gücləndiriləcək. Direktordan öyrənirik ki, 2 nömrəli məktəbin 11 A sinfinin 21 məzununun hamısı tələbə adını qazanıb. Bu da məktəbin tarixində bir ilkdir.

Məzunları məktəbə yığmaqda məqsədlərindən danışan direktor bildirir ki, onlara bu təhsil ocağı ilə daim əlaqə saxlamağı, tələbə həyatında yüksək nəticələri, vətəndaş mövqeləri ilə seçilməyi tövsiyə ediblər.

Sonda rayonun builki təhsil uğurları barədə ətraflı məlumat almaq məqsədilə Qəbələ rayon üzrə təhsil sektoruna müraciət etdik. Bildirildi ki, növbəti, yəni ikinci seçim turunda da tələbə adını qazananların sayının artacağına şübhə etmirlər. Digər tərəfdən rayon ümumtəhsil məktəbləri üzrə 1210 şagird 11 sinfi bitirib. Məzunlardan 101 şagird tam orta təhsil haqqında fərqlənmə attestatı, 2 şagird xüsusi nümunəli attestat alıb. Onlardan 1 nəfər qızıl,1 nəfər isə gümüş nişana layiq görülüb.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri