Icma.az
close
up
RU
Qəbələdəki mənzərə Rusiyanı qorxuya saldı Xəzərlə bağlı təcili göstəriş

Qəbələdəki mənzərə Rusiyanı qorxuya saldı Xəzərlə bağlı təcili göstəriş

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən 12-ci sessiyası Rusiyada ciddi narahatlıq doğurub. Bunun ardınca Moskvanın Xəzəryanı ölkələrə dənizdə birgə hərbi təlim keçirməyi təklif etməsi diqqət çəkib.

Ümumilikdə TDT-nin gündəliyi və proqramı Rusiya informasiya məkanında təşvişlə qarşılanıb. Media orqanları türk dövlətlərinin hərbi təlimlər keçirmək təşəbbüsünə xüsusi diqqət ayırıb. Rusiyalı ekspertlər də təşkilatı sadəcə mədəni əməkdaşlıq platforması deyil, həm də hərbi-siyasi güc kimi təqdim edirlər.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, TDT-nin mövcudluğu Rusiyada artıq açıq şəkildə narahatlıq doğurur:

“Onlar bunu nə qədər gizlətməyə çalışsalar da, mümkün olmur. Əslində narahatlıqları da anlaşılandır. Çünki Rusiya tarixən türk xalqlarının hesabına imperiya qurub. Hazırda Rusiyanın nəzarətində və ya təsir dairəsində olan ərazilərin əhəmiyyətli hissəsi türk xalqlarına aiddir. Bu xalqların yenidən bir araya gəlməsi Moskvada qorxu yaradır, çünki gələcəkdə işğal edilmiş əraziləri nəzarətdə saxlaya bilməyəcəklərindən ehtiyat edirlər. Coğrafiyamızda hegemonluğun əllərindən çıxacağına görə narahat olurlar.


Qəbələdə TDT liderlərinin Zirvə görüşündən

Keçmiş sovet respublikaları de-yure müstəqil olsalar da, hələ də de-fakto Rusiyanın təsir dairəsində qalırlar. Lakin Moskva artıq başa düşməlidir ki, bizim həyati maraqlarımıza toxunur. Rusiyanın nə düşündüyündən asılı olmayaraq, apardığımız siyasət doğrudur və biz onu daha da əzmlə davam etdirəcəyik.

Xəzəryanı dövlətlərin birgə hərbi dəniz təlimləri keçirməsi təklifinə gəldikdə isə, burada əməkdaşlığa və bölgünü razılaşdırmağa ehtiyac yaranır. Çünki Xəzər bizim ortaq dənizimizdir. Rusiya bu kimi təkliflərlə həm TDT tədbirlərinə qıcıqlıq göstərir, həm də regionda mövcudluğunu xatırlatmaq istəyir. Prinsip etibarilə Xəzəryanı ölkələr arasında əməkdaşlıq mexanizmləri mövcuddur və təlimlərin keçirilməsi böyük dəyişiklik yaratmayacaq. Lakin hazırda zaman Rusiyanın əleyhinə işləyir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri