Qəbələdən keçən dağ çaylarında selə qarşı mübarizə tədbirləri aparılır
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Qəbələdən keçən dağ çaylarında selə qarşı mübarizə tədbirləri aparılır.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Qəbələ Su Meliorasiya sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarə tərəfindən rayon ərazisindən keçən Dəmiraparan, Həmzəlli, Bum, Tikanlı və Qara çaylarda texnikalar vasitəsi ilə məcra tənzimləmə işləri sürətlənib.
Çayların ən təhlükəli hissələrində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Güclü sel zamanı zərərin minimuma endirilməsi üçün çay sahilləri nəzarətdə saxlanılır. Qeyd olunub ki, hazırda Dəmiraparan çayında daş-beton bəndin cari təmir işi aparılır. Ötən il həmin bənddə 18 paqonometr, bu il isə davamı olaraq 250 kubmetr təmir işləri həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 17 Fevral 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















