“Qəbələ”ni Ermənistan klubuna dəyişdi
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Konqlu futbolçu Domi Massumo “Qəbələ”dən ayrılıb.
Futbolpress.az xəbər verir ki, 23 yaşlı vinger karyerasını Ermənistanda davam etdirəcək. Massumo sözügedən ölkə təmsilçisi “Alaşkert”lə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Domi 2024-cü ildən “Qəbələ”də çıxış edirdi. Sol cinah vingeri klubla müddəti başa çatan müqaviləsini uzatmayıb.
Domi son vaxtlarda Azərbaycandan Ermənistana üz tutan ikinci futbolçudur. Bundan öncə ötən mövsümü “Şamaxı”da keçirən braziliyalı müdafiəçi Sezar Enrike “Alaşkert”lə müqavilə imzalayıb.
Baxış sayı:106
Bu xəbər 22 İyun 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















