“Qəbələ”nin futbolçusu əməliyyat olundu
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb. Əhmədovun Türkiyədə gerçəkləşən əməliyyatı uğurlu keçib. Durumu yaxşı olan futbolçu 2 gündən sonra ölkəmizə qayıdıb reabilitasiyaya start verəcək.
Qeyd edək ki, I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.
Əsas xəbərlər, Ölkə futbolu
Sxadadze: “Hər kəs “Qəbələ”yə qarşı daha yaxşı görünmək istəyir”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
14 Oktyabr 2024, 19:09

