Icma.az
close
up
RU
“Qəbələ”nin qələbələri, Demçenkonun uğursuz sınaqları

“Qəbələ”nin qələbələri, Demçenkonun uğursuz sınaqları

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Azərbaycanda davam etdirən “Araz-Naxçıvan” və “Qəbələ” yoxlama oyununda üz-üzə gəlib. Görüş “qırmızı-qaralar”ın minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

“Qəbələ” toplanış dövrünü ən yaxşı keçirən komandalardandır. Düşərgədən tam dəqiq təhlillər aparmaq mümkün olmamasına baxmayaraq, nəticələr komanda adına ümid verir. Əvvəlcə “Kəpəz”ə qalib gələn (3:1) bölgə klubu dünən də “Araz-Naxçıvan”dan üstün olub. Qış transfer dönəminin fəallarından hesab olunan “Qəbələ” iki yeni oyunçu ilə güclənib ki, onlar da artıq komandada rəsmi olmasa da, sınaq matçlarında debüt edib. Hücumçu İsmaheel Akinade isə artıq qol vurmaqla pozitiv fikirlər yaradıb. Bu mövsüm əsas problemi məhz irəlidə bitiricilik olan “Qəbələ”nin Akinade ilə məsələni hansı dərəcədə həll edə bildiyini ikinci dövrədən sonra daha dəqqi biləcəyik.

“Araz-Naxçıvan” isə görünür, yeni baş məşqçi Andrey Demçenko ilə hələ tam sistemi formalaşdıra bilməyib. Təxminən iki həftəyə yaxındır komandada olan ukraynalı üçün vaxta ehtiyac var. Rəsmi matçlar komandanın mütəxəssisin oyun planına uyğunlaşmasını daha sürətləndirəcək. Transfer məsələlərində daha sakit qalan Naxçıvan klubu hələ yeni oyunçu keçidi etməyib. “Araz-Naxçıvan”ın transfer dönəmində maksimum 2 oyunçu transfer etməsi ehtimal edilir. Axtarışlar və danışıqlar gedir, lakin hələlik yeni həllini tapan keçid yoxdur.

“Araz-Naxçıvan” Premyer Liqada 16 turdan sonra 26 xalla 6-cı sıradadır. Komanda üçüncü sıradakı “Zirə”dən iki xal geri qalır. “Qəbələ”nin isə ehtiyatda bir oyunu var. Komanda 15 matçdan sonra 8 xalla turnir cədvəlinin 11-ci sırasındadır. “Qırmızı-qaralar” autsayder “Karvan-Yevlax”dan iki xal öndədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Yanvar 2026 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri