Icma.az
close
up
RU
Qəbələyə yarışa gedən yeniyetmə idmançı faciəvi şəkildə öldü Yenilənib

Qəbələyə yarışa gedən yeniyetmə idmançı faciəvi şəkildə öldü Yenilənib

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynov hovuzda boğulub.

Belə ki, Qəbələnin Vəndam qəsəbəsinə istirahətə gedən və kirayə evdə qalan Hüseyn ehtiyatsızlıqdan həyətdəki hovuza düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

H.Hüseynovun yaxınlarının bildirdiyinə görə, o, Qəbələyə idman yarışına gedibmiş.

Belə ki, Ağcabədidə güləş idman növü ilə məşğul olan Hüseyn müəllimi və digər 5 yeniyetmə idmançı ilə Qəbələyə yoldaşlıq görüşünə gedib. Onlar Qəbələnin Vəndam qəsəbəsində isti hovuzlu ev kirayə tutaraq qalıblar. Axşam saat 22 radələrində yeniyetmələr hovuzda istirahət edəndən sonra evə daxil olublar. Lakin az sonra Hüseynin hovuzda boğularaq vəfat etməsi məlum olub.

Bildirilir ki, hovuzda suyun hündürlüyü 140-150 santimetr, Hüseynin boyu isə 160 santimetr olub.

Hadisənin hansə səbəbdən və şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri