Icma.az
close
up
RU
“Qəbir alveri dayandırılmalı, dəfn qaydaları qanunla tənzimlənməlidir” ŞƏRH

“Qəbir alveri dayandırılmalı, dəfn qaydaları qanunla tənzimlənməlidir” ŞƏRH

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxış edən parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov bildirib ki, Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı mövcuddur.

Onun sözlərinə görə, vaxtilə bu məsələni qanun şəklində qəbul etmək təşəbbüsü olub. Deputat hesab edir ki, indi həmin qərarın qanunvericilik səviyyəsinə qaldırılmasına ehtiyac var.

Komitə sədri bildirib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: “Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”.

Deputat qeyd edib ki, bələdiyyələrdə yaşayış və qeyri-yaşayış obyektlərindən ildə bir dəfə eyni vergi yığılır: “Lakin yaşayış obyektlərindən işıq, qaz, su ilə bağlı vergi bir dəfədirsə, digərlərindən üç qat vergi yığılır. Ona görə bu tətbiq də bələdiyyələrdə olmalıdır ki, onların da maliyyə imkanları genişlənsin, gələcəkdə onlar da müvafiq addımların atılmasına xidmət göstərə bilsinlər”.

Gununsesi.info-ya danışan Milli Cəbhə Partiyasının başqan müavini Tural İrfan mövzunu belə şərh edib:

“Qəbiristanlıqlardan istifadə məsələsində ümumilikdə xaos və qeyri-dəqiqliklər hökm sürür. Fərqli məzarlıqlarda müxtəlif üsullar tətbiq olunur: bir yerdə qəbir yerlərini bələdiyyə satır, başqa bir yerdə isə həmin əraziləri işbazlar ələ keçirib özləri alverini aparırlar.

Elə məzarlıqlar da var ki, “yer yoxdur” bəhanəsi ilə dəfn etməyə imkan vermirlər. Bəzən yaşayış yeri üzrə qeydiyyatın olmamasını əsas gətirərək yer ayırmırlar, amma “görüm-baxım” edildikdən sonra qeydiyyat unudulur, məbləğ ödənən kimi qəbir yeri dərhal tapılır.

Varlı və vəzifəli şəxslər üçün qəbiristanlığın mərkəzində, ən görkəmli yerlər ayrılır. Lakin kasıb və imkansız ailələrin ölüləri ya uçurum, yarğan kənarında basdırılır, ya da ümumiyyətlə dəfn yeri verilmir. Beləliklə, insanlar üçün doğmalarını torpağa tapşırmaq da ciddi problemə çevrilib”.

Tural İrfanın sözlərinə görə, əgər qəbiristanlıqlar bələdiyyələrin ixtiyarına verilibsə, bu, gəlir mənbəyi və peşkəş deyil, əhaliyə xidmət vasitəsi kimi qəbul edilməlidir.

“Əks halda, qəbir yeri satmaq ənənəsi davam edərsə, vəziyyət daha da ağırlaşacaq, ictimai narazılıq artacaq. Belə getsə, hətta ölülər üçün də ayrıca vergi tətbiq olunacağı ehtimalı insanları düşündürür.

Cəmiyyətin tələbi odur ki, ölülərin normal şəkildə dəfn olunması üçün şərait yaradılsın. Qəbir alveri və qəbir yeri satışı ləğv edilməli, bu utancverici hal aradan qaldırılmalıdır. Bunun üçün qəbiristanlıqlardan istifadə qaydaları, standart qəbir daşları və dəfn prosesi ilə bağlı yeni qanunun qəbuluna ehtiyac var.

Qaydalar tənzimlənməli, şəffaflıq təmin olunmalı, sui-istifadəyə şərait yaradan boşluqlar aradan qaldırılmalıdır. Bu sahədə köklü islahatların aparılması zəruridir”-deyə Tural İrfan fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri