Qəbiristanlıqda tapılan uşağın valideynləri ilə bağlı tədbirlər görülür KOMİTƏ
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Abşeron rayonunun Goradil qəsəbəsinin qəbiristanlığında azyaşlı uşağın tərk edilmiş vəziyyətdə tapıldığı bildirilir. Təxminən 2 yaşı olan uşaq qəbiristanlıq ərazisində, "Fatimeyi Zəhra" məscidinin yaxınlığında yatmış vəziyyətdə aşkarlanıb.
Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, uşağın valideynlərinin kimliyi artıq müəyyən edilib.
"Hazırda məsələ aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır və bütün zəruri tədbirlər görülür".
Bildiirlib ki, araşdırmanın nəticəsindən asılı olaraq valideynin davranışına hüquqi qiymət veriləcək və zərurət yaranarsa, valideynlik hüquqlarının məhdudlaşdırılması istiqamətində müvafiq addımlar atılacaq.
Eyni zamanda, uşağın sağlamlıq vəziyyəti diqqətdə saxlanılır, o, tibbi müayinələrdən keçiriləcək və bundan sonrakı mərhələdə aidiyyəti qurumlarla birlikdə onun təhlükəsizliyi və rifahı üçün kompleks tədbirlər davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 05 May 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















