Qəbiristanlıqdan 100 insanın qalıqlarını oğurlayıb kolleksiya yaradıbmış
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
ABŞ-də bir kişi Moriah dağı qəbiristanlığından təxminən 100 insanın qalıqlarını oğurlamaqda ittiham olunur.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hesabatda deyilir ki, polis Filadelfiyanın kənarındakı tərk edilmiş qəbiristanlığın yaxınlığında avtomobilin arxa oturacağında insana məxsus sümüklər və kəllələr tapılıb.
Polis 34 yaşlı Efrata sakini Conatan Krist Gerlaxı həbs edib. Şübhəlinin evində və anbarında aparılan axtarış zamanı detektivlər dəhşətli bir kolleksiya aşkar ediblər: yüzdən çox insan kəlləsi, ətraf sümükləri, mumiyalanmış bədən hissələri və iki çürümüş meyit.
Qeyd olunur ki, qalıqlar müxtəlif formalarda tapılıb: bəziləri rəflərdə nümayiş etdirilib, digərləri asılıb, bəziləri isə qəribə konstruksiyalara yığılıb.
Dəhşətli tapıntıların əksəriyyəti zirzəmidə saxlanılırmış. Polis həmçinin məzarlardan oğurlanmış zərgərlik əşyalarını da aşkar edib.
Fakt araşdırılır.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















