Qəbiristanlıqlarda mina riski var, diqqətli olun!
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur.
Axar.az xəbər verir ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əhaliyə müraciət edib.
Bildirilib ki, ANAMA-ya işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz Bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur:
"Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Mart 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















