Icma.az
close
up
RU
Qəbizlik, öskürək, ürək və dəri xəstəliklərini müalicə edən meyvə

Qəbizlik, öskürək, ürək və dəri xəstəliklərini müalicə edən meyvə

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Əzgil kimyəvi tərkibə görə almaya bənzəyir. Bu çox faydalı meyvədir.

Əzgilin tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.

Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kal əzgil ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. Əzgil pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Əzgili uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.

Əzgil həmçinin qanda "pis" xolesterinin səviyyəsini aşağı salır və bunun nəticəsində damarları qoruyur, aterosklerozun inkişafını ləngidir. Ateroskleroz zamanı damarların divarlarında xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, onların elastikliyi pozulur. Bu proses ürək və beyin damarlarını da əhatə edir. Nəticədə insanda insult və infarktın riski artır.

Əzgil ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı çox faydalıdır - arterial təzyiqi tənzimləməyə kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.

Əzgil sınanmış bəlğəmgətirici vasitədir. Bronxit, öskürək zamanı əzgilin ətini əzib balla qarışdırın və qəbul edin. Bu dadlı dərman nəfəsalmanı asanlaşdırır, nəfəs yolları təmizləyir, iltihabın azalmasına kömək edir.

Əzgil yarpaqları da çox effektli müalicəvi vasitədir. Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Gün ərzində 1 stəkan belə dəmləmə içmək olar.

Əzgil yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı effekt verir. Bu dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır, ağızda iltihablarla mübarizə aparır.

Əzgil yarpaqlarının dəmləməsi müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema, dermatit, səpgilər vəs.) zamanı istifadə olunur. Körpələrin dərisində olan səpgiləri də bu dəmləmə yaxşı aparır. Uşağı çımzdirəndə vannaya əzgil yarpaqlarının dəmləməsini əlavə edin.

Əzgil üz dərisi üçün də çox xeyirlidir. Əzgilin əti dərinin elastikliyini artırır, nəmləndirir, cavanlaşdırır. Ən sadə maska varianti - əzgili təmizləyin, əzin və üz dərisinə çəkin. Dəriniz qurudursa, maskaya 1 çay qaşığı zeytun yağı əlavə edin. 20 dəqiqədən sonra üzünüzü yuyun.

Əzgildən çox yaxşı təbii skrab hazırlamaq olar. Bunun üçün əzgilin tumlarını qəhvə üyüdən maşınında əzin, əzgilin əti ilə qarışdırın və üzünüzü bu skrabla təmizləyin.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri