Qebreyesus: ÜST rəhbər heyəti və departamentləri yarıya qədər ixtisar edəcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 19 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üzv ölkələrdən maliyyələşmənin azalması fonunda yüksəksəviyyəli rəhbər vəzifələrini yarıya endirmək və təşkilat daxilindəki departamentlərin sayını yarıdan çox ixtisar etmək məcburiyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə keçirilən 78-ci sessiyasının açılışında baş direktor Tedros Adhanom Qebreyesus deyib.
“Prioritetlərin müəyyən edilməsi prosesinin nəticəsi olaraq mənzil-qərargahın strukturunun yeni optimallaşdırılması hazırlanıb. Buna uyğun olaraq, icraçı rəhbərlik üzvlərinin sayı 14-dən 7-yə, departamentlərin sayı isə 76-dan 34-ə endirilib”, - deyə o bildirib.
ÜST rəhbəri assambleya iştirakçılarına xatırladıb ki, bu həftə təşkilatın 2026-2027-ci illər üçün büdcəsinin 4,2 milyard dollar təşkil edən azaldılmış variantına baxacaqlar ki, bu da ilkin təklifdən 21 faiz azdır. Həmin məbləğin təxminən 60 faizinin ayrılmasına artıq təminat verilib.
Yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp digər ölkələrlə müqayisədə qeyri-mütənasib üzvlük haqqı ödənildiyini əsas gətirərək, ölkənin ÜST-dən çıxması haqqında sərəncam imzalayıb. Fevralın 3-də isə Vaşinqton beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini faktiki olaraq dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 19 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















