Icma.az
close
up
RU
Qəbul imtahanı ilə bağlı mühüm məsələ: İki qurum hərəkətə keçdi, nəticələr...

Qəbul imtahanı ilə bağlı mühüm məsələ: İki qurum hərəkətə keçdi, nəticələr...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkəni ifşa edib. Bildirilib ki, şagirdlər bu cür addımları ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə atır.

Belə gizli texniki avadanlıqların istifadə edilməsi abituriyentlərin imtahan nəticələrinə necə təsir edir? Bu cür halların qarşısını almaq üçün təhsil sistemində hansı tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan sabiq deputat, təhsil eksperti Etibar Əliyev deyib ki, DTX-nın apardığı əməliyyat təqdirəlayiqdir:

“Texnologiyaların inkişafı ilə bir çox abituriyentlər imtahanlarda bu cür vasitələrdən istifadə etməyə ümid bəsləyirlər, bunun aşkar edilməyəcəyinə inanırlar. Belə hallar əvvəllər də olub və bəzilərinin üstü açılıb. Görünür, bu şəbəkə olduqca mütəşəkkildir və zaman-zaman abituriyentləri bu cihazlarla təmin ediblər. Hələ də gözdən yayınan və nəticələri ləğv olunmayan abituriyentlər ola bilər. Lakin hər bir şagird öz qabiliyyətini yaxşı bilir, belə əlavə vasitələrə ehtiyac yoxdur”.

Həmçinin oxuyun:

Ekspertlər xəbərdarlıq edir: “Dörd il sonra iş tapa bilməyəcəksiniz!”

Etibar Əliyev

Ekspert qeyd edib ki, təhsil sistemində bu cür halların qarşısının alınması üçün müəllimlər abituriyentləri məlumatlandırmalıdırlar:

“Əvvəllər abituriyentlər müsbət göstəricilər əldə etmək məqsədilə pirə və məscidə gedərək dua edirdilər, amma nəticələrin dəyişmədiyini görürdülər. İndi isə texnoloji vasitələrlə imtahanlarda fırıldaqlığa cəhd edirlər. Belə hallarda nəticələrin ləğv olunması doğru addımdır. 9-11-ci siniflərdə olan şagirdlər bu cür vasitələrə ümid etməməlidirlər. Çünki bu, gec-tez ifşa olunur. Əgər bir şagird və ya abituriyent aşağı nəticə göstəribsə, o zaman xarici ölkələrə üz tutmaq yerinə, yerli imkanlardan faydalanmalıdır. Hazırda peşə təhsili mühüm əhəmiyyət kəsb edir. Yəni agirdlər müəyyən peşələrə yiyələnməli, gələcəklərini təmin etməli və karyera üçün düzgün addımlar atmalıdırlar”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri