Icma.az
close
up
RU
Qəbul imtahanından bəzi fənlər çıxarıla bilər AÇIQLAMA

Qəbul imtahanından bəzi fənlər çıxarıla bilər AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Dünyanın bir çox ölkəsində ali məktəblərə qəbul zamanı abituriyentlərin bilikləri məhz seçdikləri ixtisasa uyğun fənlər üzrə yoxlanılır. İmtahanların daha hədəflənmiş və məhdud sayda fənn əsasında təşkili həm yükü azaldır, həm də erkən ixtisaslaşmanı təşviq edir. Azərbaycanda isə mövcud qəbul mexanizmi daha geniş fənn dairəsini əhatə edir.
Mövzu ilə bağlı elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlər blok imtahanı çərçivəsində əsas fənlərdən imtahan verirlər:
“Proqres (buraxılış) imtahanını nəzərə almadan, qəbul əsasən ixtisas qrupları üzrə müəyyənləşdirilmiş fənlər əsasında aparılır. Birinci ixtisas qrupu üzrə riyaziyyat, fizika, kimya və informatika fənləri əsasdır. İkinci ixtisas qrupu üzrə tarix, coğrafiya və riyaziyyat vacib fənlər hesab olunur. Üçüncü ixtisas qrupu üzrə Azərbaycan dili, ədəbiyyat, tarix və beynəlxalq münasibətlər istiqaməti üçün coğrafiya mühüm rol oynayır. Dördüncü ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika əsas fənlərdir. Hazırkı model müəyyən mənada beynəlxalq təcrübəyə uyğunlaşdırılıb. Lakin qəbul imtahanı əsas meyar kimi qəbul edildiyindən, abituriyentlər bütün fənlər üzrə geniş hazırlıq keçməyə məcbur olurlar”.
Ekspert qeyd edib ki, beynəlxalq praktika fərqli modellər təqdim edir:
“Məsələn, beynəlxalq səviyyədə SAT və ya A-level sistemi, həmçinin qardaş Türkiyədə tətbiq olunan YKS modeli əsasında qəbul aparılır. Bu sistemlərdə əsasən ixtisasa uyğun fənlər üzrə minimal bilik və bacarıqlar yoxlanılır. Gələcəkdə Azərbaycanda da ixtisas istiqamətinə uyğun olaraq daha zəruri fənlər üzrə minimal biliklərin qiymətləndirilməsi əsasında qəbul modelinin tətbiqi mümkün ola bilər. Bununla yanaşı, fənlərin sayının minimallaşdırılması məsələsi də müzakirə mövzusudur. Lakin bu addımın bəzi istiqamətlərdə təhsil keyfiyyətinə təsiri diqqətlə qiymətləndirilməlidir”.
Həmçinin oxu:
Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş
Tolikə yüksək vəzifə verildi
Kartofun yanına niyə alma qoyurlar?
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri