Icma.az
close
up
RU
Qəddafinin oğlu ilə bağlı rezonans doğuran xəbər: Rusiya necə bacardı?

Qəddafinin oğlu ilə bağlı rezonans doğuran xəbər: Rusiya necə bacardı?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin həbsdən buraxılması regionda və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Onun azadlığa çıxması təkcə bir məhbusun sərbəst qalması kimi deyil, Liviyada uzun illərdir davam edən siyasi parçalanmanın yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirilir.

Bu hadisə ölkənin gələcək siyasi kursuna, xüsusilə də hakimiyyət uğrunda rəqabətə təsir göstərə biləcək amillərdən biri hesab olunur. Bəziləri Hannibalın azadlığa buraxılmasını keçmiş rejimin reabilitasiyasına doğru atılmış ilk addım kimi görür, digərləri isə bunu Qərb və region güclərinin yeni balans axtarışlarının nəticəsi sayır.

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Qəddafi ailəsi devrildikdən sonra ailə üzvlərinin hər biri fərqli talelərlə üzləşib:

“Hannibal Qəddafi də onlardan biridir. Biz bilirik ki, o, müəyyən dövr Suriyada yaşayıb, lakin bu ölkədə şiə silahlı qrupları tərəfindən qaçırılaraq Livan dövlətinə təhvil verilib. Livan hökuməti onun barəsində həbs qərarı çıxardı və nəticədə Hannibal 10 ildən artıq müddətdə həbsdə saxlanıldı.

İndi isə 11 milyon dollar kəffarə ödənilməklə azadlığa çıxmağa nail olub. Həbsdən buraxılsa da, hələlik Livanı tərk edə bilmir, çünki ölkədən çıxışına qadağa qoyulub.


Kazım Kazımov

Onun azadlığa buraxılması məsələsində Rusiyanın təşəbbüs göstərdiyi bildirilir. Rusiya diplomatik təmaslar nəticəsində Hannibal Qəddafinin azad edilməsinə nail olub. Bu məsələdə onun qardaşı Seyfülislam Qəddafinin də təşəbbüs göstərdiyi iddia edilir. Biz yaxşı bilirik ki, Qəddafi ailəsinin Moskva ilə çox yaxın münasibətləri olub. Müəmmər Qəddafinin hakimiyyətə gəlməsində sovet kəşfiyyatının dəstəyi heç kimə sirr deyil.

Qəddafinin ömrü boyu yürüt­düyü anti-Qərb siyasəti də məhz bu kontekstdə başa düşülməlidir.  Kremlin onun devrilməsi prosesini neqativ qarşıladığı da məlumdur.

Hannibal Qəddafinin həbsdən çıxdıqdan sonra Liviyaya qayıdaraq siyasi fəaliyyətə başlaması hələlik inandırıcı görünmür. Ailənin ən güclü fiquru Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafidir. O, atasının sonuna qədər yanında olub və sonrakı dövrdə ailəni yenidən hakimiyyətə gətirmək üçün addımlar atıb. Hesab edirəm ki, Hannibal Qəddafi də məhz qardaşına dəstək olacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri