Icma.az
close
up
RU
Qəddarlıq və amansızlıq nümunəsi!

Qəddarlıq və amansızlıq nümunəsi!

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşgəncə insan hüquqlarına zidd olan davranışdır

İnsanları cəzalandırmaq və qorxutmaq üçün qədim zamanlardan müxtəlif işgəncələr verilib. Tarix boyunca daha çox dinə qarşı çıxanlara, homoseksuallara, cadugərliklə məşğul olanlara, vətənə xəyanət edənlərə müxtəlif işgəncələr həyata keçirilib. Amma işgəncə yalnız cəzalandırma vasitəsi deyildi. Bəzən insanların nələrisə etiraf etməsi üçün də bu üsula əl atırdılar.

Talion prinsipi...

İşgəncə ilə bağlı ən qədim məlumata bir misirli şairin yazısında rast gəlinir. Şair II Ramzesin 1300-cü ildə kölələrə, istilaçılara tətbiq etdiyi işgəncələrdən bəhs edib. Tarixdən də bəllidir ki, işgəncələr bir çox dövlətlər tərəfindən həyata keçirilib. Xüsusilə Misir, Assuriya, Yunanıstan, Roma və digər qədim dövlətlərdə müxtəlif işgəncə növləri tətbiq edilib. Məsələn, romalıların ədalət sistemində Talion prinsipini - “həyata görə həyat, gözə-göz, dişə-diş” rəhbər tutulması bir çox ölkənin ədalət sistemində önəmli faktora çevrilib. Roma imperatorluğunda bir qulun ifadəsi yalnız işgəncə altında alınarsa, qəbul edilirdi. Çünki qulun öz iradəsi, öz istəyi ilə həqiqəti söyləyəcəyi mümkün sayılmırdı.

O zamanlar işgəncə ədalət sistemində mühüm yer tuturdu. İşgəncənin tətbiqi cinayət prosesinin istintaq forması ilə bağlı idi. Etiraf və cinayət törədən şəxslərin adlarının açıqlanması məqsədilə işgəncədən istifadə olunurdu. İnkvizisiya məhkəmələrində işgəncədən istifadə 1252-ci ildən başlayıb və yalnız 1816-cı ildə Roma Katolik kilsəsi tərəfindən qadağan olunub.

İşgəncə ən gec bu ölkədə ləğv edilib...

Bundan başqa, işgəncələr Danimarkada 1770-ci il, Rusiyada II Yekaterinanın gizli fərmanı ilə 8 noyabr 1774-cü il, Avstriyada 1776-cı il, Fransada 1780-ci, Niderlandda 1789-cu, Portuqaliyada 1826-cı, Yunanıstanda 1827-ci ildə ləğv olunub. Avropa ölkələrindən işgəncə ən gec İsveçrədə ləğv edilib.

XX əsrdə işgəncələr Almaniya, Çin, Latın Amerikası, Afrika və Asiya diktaturalarında, totalitar, diktator və repressiya rejimləri olan digər ölkələrdə yenidən geniş tətbiq olunmağa başlayıb.

İşgəncənin bütün növlərinin qadağan edildiyi ilk ölkə

Avropada işgəncələrin tətbiqinin məhdudlaşdırılması yalnız XVII əsrin sonlarında müşahidə edilir ki, bu da humanist maarifləndirmə ideyalarının yayılması ilə bağlıdır. Məhkəmə icraatı zamanı işgəncənin bütün növlərinin ləğv edildiyi birinci ölkə Prussiya olub. Orada işgəncələr faktiki olaraq 1754-cü ildən qadağan edilib.

Xalqımız da amansız işgəncələrin qurbanı olub

XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də müasir dünyamızda işgəncələr var. Azərbaycan xalqı da illər boyu işgəncələrə məruz qalıb. Belə ki, tarix boyu xalqımızın erməni millətçiləri tərəfindən hüquq və azadlıqları kütləvi şəkildə və kobud formada pozulub. Soydaşlarımız xüsusilə Birinci Qarabağ müharibəsində, Xocalı soyqırımında ermənilərin işgəncələrinə və digər qeyri-insani rəftarına məruz qalıb. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın, qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib. Onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüblər...

Heç kim işgəncəyə, qəddar münasibətə məruz qalmamalıdır. Bu müddəa İnsan Hüquqları haqqında Ümumi Bəyannəmənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsində öz əksini tapıb.

Yeri gəlmişkən, bu gün Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günüdür. Bu əlamətdar gün insanlara işgəncənin cinayət olduğunu xatırladır və hər kəsə bu mövzu ətrafında birləşmək, insan işgəncələrinə qarşı fikirlərini səsləndirmək imkanı yaradır.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyun 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri