Icma.az
close
up
RU
Qədim şəhərlər niyə yerin altında tikilib Maraqlı SƏBƏB

Qədim şəhərlər niyə yerin altında tikilib Maraqlı SƏBƏB

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntıları ziyarət edənlərin diqqətini iki məqam xüsusilə cəlb edir. Birincisi, antik dövrə aid binaların əksəriyyəti torpağın dərin qatlarında yerləşir. İkincisi isə onların çoxundan yalnız divarların təməl hissəsi və ya bir neçə cərgə daş və kərpic qalıb. Bir çoxları bunu şəhərlərin müharibələr zamanı dağıdılıb sonradan külək və tozla örtülməsi ilə izah etsə də, əsl səbəb bundan daha mürəkkəbdir.

Lent.az xaric mediaya istinaən xəbər verir ki, əslində qədim dövrlərdə müharibə, yanğın və ya zəlzələ nəticəsində dağılan tikililər tamamilə sökülüb ərazidən daşınmırdı. Bu həm çox zəhmətli, həm də bahalı proses idi. Bunun əvəzinə dağıntılar torpaqla örtülür, səth hamarlanır və həmin yerin üzərində yeni tikililər inşa edilirdi. Beləliklə, eyni ərazidə onlarla tikinti mərhələsi bir-birini əvəz edir, hər yeni dövr əvvəlkinin üzərinə yeni torpaq və tikinti qatı əlavə edirdi. Nəticədə şəhərlərin səviyyəsi əsrlər ərzində getdikcə yüksəlirdi.

Bundan başqa, kərpic, daş və keyfiyyətli ağac həmişə qiymətli tikinti materialları sayılırdı. Buna görə də tərk edilmiş binalar qonşu yaşayış məntəqələrinin sakinləri üçün pulsuz material mənbəyinə çevrilirdi. İnsanlar qədim tikililərin divarlarını demək olar ki, təməlinə qədər sökür, yalnız ən aşağı daş sıralarını olduğu kimi saxlayırdılar. Bu da müharibə və ya təbii fəlakət yaşamayan qədim şəhərlərdə belə niyə yalnız bünövrələrin qaldığını izah edir.

Qədim şəhərlərin torpaq altında qalmasının digər səbəbləri

Şəhərlər dağıdılmasa belə, küçələrin səviyyəsi zaman keçdikcə yenə də yüksəlirdi. Bunun bir neçə əsas səbəbi var idi. Əvvəla, keçmişdə məişət tullantıları demək olar ki, şəhərdən kənara daşınmırdı. Onlar evlərin yaxınlığında yığılır, sonradan torpaqla örtülərək səth hamarlanırdı. Qida tullantıları xüsusi kompost sahələrinə və ya şəhərdən kənardakı zibilliklərə aparılsa da, qırıq kərpiclər, daşlar, kirəmit parçaları və digər qeyri-üzvi tullantılar çox vaxt yerində qalırdı. Çünki onlar nə pis qoxu yaradır, nə də zərərvericiləri cəlb edirdi.

Qədim şəhərlərin torpaq altında qalmasının daha bir mühüm səbəbi isə yollar idi. Daş döşənməmiş küçələr yağışdan sonra palçığa çevrilirdi. İnsanların rahat hərəkət etməsi üçün küçələrin üzərinə mütəmadi olaraq çınqıl, daş qırıntıları, torpaq və digər materiallar tökülərək səth yüksəldilirdi. Bu proses əsrlərlə təkrarlandığı üçün küçələrin səviyyəsi tədricən artır, köhnə tikililər isə getdikcə daha dərin qatlarda qalırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 İyul 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri