Qədim Şəki daha bir maraqlı oyuna ev sahibliyi edir FOTO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Şəkidə ilk dəfə Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Sheki Trail Run 2025” yarışları keçirilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirin məqsədi sağlam həyat tərzini təşviq etmək, təbiətin və dağ mənzərələrinin içində idman ruhunu yaşatmaqdır.
Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən bu ilki yarışlara ümumilikdə 222 iştirakçı qeydiyyatdan keçib. İştirakçılar sırasında ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Pakistan, İran, Gürcüstan, Kipr, Mavriki və Azərbaycan daxil 10 müxtəlif ölkədən iştirakçı var.
İştirakçılar iki məsafədə güclərini sınayırlar. 10 km iştirakçıları mavi, 20 km iştirakçıları isə qırmızı start nömrələri ilə çıxış edir.
Yarışda 153 kişi və 69 qadın iştirak edir, ümumilikdə 28 müxtəlif idman icmasını təmsil edirlər. Ən gənc iştirakçı 16 yaş, ən yaşlı iştirakçı isə 75 yaşındadır.
Bu ilki yarış bir daha sübut edir ki, Şəki təkcə mədəniyyət və tarix şəhəri deyil, həm də təbiət idmanının yeni mərkəzinə çevrilməkdədir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Oktyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















