Qədimbəylilərin həbs olunan mühafizəçisi ilə bağlı “Sədərək”dən AÇIQLAMA
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda “Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin oğulları – İlkin və İlham Qədimbəylilər barəsində cinayət işi başlanılıb.
İlkin Qədimbəylinin mühafizəçisi Rövşən Hüseynov da şübhəli şəxs qismində saxlanılaraq həbs edilib. Həmçinin Qədimbəylilərin şəriki Xamis Qubadova qarşı da ittiham irəli sürülüb. İddialara görə, Rövşən Hüseynov “Sədərək” ticarət mərkəzində çalışır.
“Cebheinfo.az”-a açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim bildirib ki, mətbuatda həbs olunması ilə bağlı məlumatlar yayılan Rövşən Hüseynovun ticarət mərkəzində çalışması ilə bağlı iddialar həqiqətə uyğun deyil:
“Rövşən Hüseynov adlı şəxsin həbs olunması ilə bağlı məlumat yayılıb və bildirirlər ki, guya həmin şəxs “Sədərək” Ticarət Mərkəzində işləyir. Qeyd etmək istəyirəm ki, o, burada işləmir. Həmin şəxs Sədərək rayonundandır, tanıdığımız biridir, amma bizim ticarət mərkəzində işçi kimi çalışmır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 23 Sentyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















