Icma.az
close
up
RU
Qədir Rüstəmovun xatirəsi anıldı FOTOLAR

Qədir Rüstəmovun xatirəsi anıldı FOTOLAR

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Qədir Rüstəmovun anadan olmasının 90 illiyi ilə əlaqədar anım tədbiri Xəzərin “beş addımlığında” - Beynəlxalq Muğam Mərkəzin keçrilsə də,  tədbir sanki Ağdamda idi – dekabrın 19-da Ağdam ətrinə qərq olmuşdu bu sənət ocağı. Zala girərkən tanış simalar, mehriban çöhrələr adamı Ağdamın işğala qədər ki, dövrünə aparırdı. Seyid Lazım Ağalı, Qədirli, Rəmişli Ağdama...  

Gecənin aparıcısı yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli səsi böyük türk ruhunun, mahiyyətinin təsdiqi olan  Qədir Rüstəmovun böyüdüyü mühit, sənətdə atdığı addımlar, keçdiyi həyat yolu, ona uğur qazandıran və sevdirən ifa tərzi, bənzərsiz istedadı, qeyri-adi xarakteri haqqında ətraflı məlumat verdi.  

Anım  gecəsində   yazıçı,  Milli Məclisin deputatı Aqil Abbasın, yazıçı Seyran Səxavətin tam səmimiyyətdən yoğrulmuş çıxışları işğaldan əvvəlki Ağdamlı günlərin xatirəsinə nur ələdi. Tamaşaçılar bu dəyərli qələm sahiblərinin çıxışlarının şirinliyindən, duzlu-məzəli söhbətlərin bitməsini istəmədi. “Qarabağın maralı”, “Apardı sellər Saranı”, “Laçın” ,“Qaragilə”, “Neyçün gəlməz”, “Olmaz-olmaz”, “Sarı gəlin”, “Reyhan”, “Ay dili-dili” və “Sona bülbüllər”i və s. mahnıları bənzərsiz ifa edən Qədir Rüstəmov haqqında xatirələri xoş ovqat yaratdı.   

Əməkdar incəsənət xadimi Çingiz Abbasovun, xanəndənin sənət dostu, tarzən Aydın Mehrəliyevin xatirələri də maraqla dinlənildi. Qarabağ sevdalı jurnalist  Fəxrəddin Hacıbəylinin Qədir Rüstəmovun İstanbuldakı   “Acıbadem” Xəstəxanasındakı ömrününü son anları bağlı   xatirələri tədbir iştirakçılarına kövrək hisslər yaşatdı.

Əməkdar artistlər İlkin Əhmədovun, Sevinc Sarıyevanın, Elnur Zeynalovun, muğam müsabiqəsinin qalibləri və iştirakçıları Güllü Muradovanın, Mustafa Mustafayevin, Yusif Cəfərbəylinin, Murad Laçının    ifaları, Əməkdar artist Azad Şükürovun Qədir Rüstəmova ithaf olunan şeiri səsləndirməsi anım tədbirinin gözəlliyinə rəng qatdı, tədbir iştirakçılarında xoş duyğular yaratdı.

Hikmət Xudiyev
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Dekabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri