Icma.az
close
up
RU
Qədr gecəsinin əməlləri hansılardır? AÇIQLAMA

Qədr gecəsinin əməlləri hansılardır? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsidir. İkinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22, sonuncusu isə 26-da olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli Metbuat.az-a açıqlamasında Qədr gecəsinin fəzilətlərindən danışıb.

O bildirib ki, Ramazan ayının əvvəli rəhmət, ortası bağışlanma, sonu isə cəhənnəm odundan qurtuluş deməkdir. Qədr gecəsi isə bu ayın ən qiymətli gecələrindən biridir:

“Qədr sözünün mənası “qüdrətli” deməkdir. Qurani-Kərimdə “Qədr surəsi” var və Allah-Təala buyurur ki, "Qədr gecəsi min aydan daha xeyirlidir". Yəni bu gecəni səhərə qədər ibadətlə, zikr və dualarla keçirmək Allah qatında çox böyük savaba malikdir. Hətta bir gecə ibadət etməyin bədəli min ayın ibadətindən üstün hesab edilir. Bu gecə müqəddəratın həll olunduğu, insanların taleyinin yazıldığı bir gecədir. Belə bir hədis var ki, Allahın sevdiyi bir peyğəmbər Ramazanın son 10 günlüyündə Qədr gecəsini qarşılamaq üçün yastığını yığışdırarmış. Səhabələr soruşanda: “Ya Rəsulullah, niyə yastığınızı yığışdırırsınız?”, Peyğəmbər (s.ə.s.) belə cavab verib: "Qədr gecəsinin gəlişini gözləyirəm"”.

İlahiyyatçının sözlərinə görə, Qədr gecəsi dəqiq hansı günə təsadüf etdiyi bəlli deyil:

“Qurani-Kərimdə də Peyğəmbərə belə buyurulur: "Ya Peyğəmbər, sən nə bilirsən ki, Qədr gecəsi hansı gecədir?". Buradan da məlum olur ki, Qədr gecəsi Ramazan ayının tək günlərinə düşür. Bu gecə Qurani-Kərimin nazil olunub. Əhya gecəsi də adlandırılan Qədr gecəsində vacib olan səhərə qədər yatmamaq deyil, oyaq qalmaqdır. Bu gecə insanın ruhunu oyadır və mənəvi cəhətdən onu dirçəldir”.

Hacı Surxay Qədr gecələrində ediləsi ibadətlərdən də danışıb:

“Bu gecədə insanlar müqəddəsləri ziyarət edir, dünyadan gedənlərin ruhlarına dualar oxuyur. Yasin, Vaqiə surəsi, Təvəssül duası oxunur. Əhya gecəsinin namazları qılınır. Allahdan bağışlanma dilənilir. Bu müqəddəs gecənin fəziləti ondadır ki, insanların bir illik taleyi, ruzisi və ömrü bu gecədə müəyyən edilir. Bu səbəbdən müsəlmanlar bu gecəni ibadətlə keçirməli və Allaha daha çox dua etməlidirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Mart 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri