Icma.az
close
up
RU
Qəfildən dünyasını dəyişənlərin sayı artır, bəs səbəb nədir?

Qəfildən dünyasını dəyişənlərin sayı artır, bəs səbəb nədir?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar Azərbaycanda qəfildən dünyasını dəyişənlərin sayı artmaqdadır. Xüsusən də bu kimi hadisələr avtobus dayanacaqlarında və iş yerlərində baş verir.

Məsələn, noyabrın 23-də paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində dayanacaqda ölüm faktı qeydə alınıb. Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Elşən Əlikram oğlu Quliyev M.S.Ordubadi küçəsi 3-də yerləşən avtobus dayanacağında qəflətən ölüb. Müayinə zamanı onun infarktdan vəfat etdiyi bildirilib.

Bundan əlavə fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc da qəflətən insult keçirib və səhəri yerləşdiyi xəstəxanada dünyasını dəyişib.

Qəfil ölüm hallarının yaranmasına gətirən səbəblər hansılardır?

Həkim Aydın Əliyev Qaynarinfo-ya açıqlamasında qəfil ölüm hallarının bir neçə səbəbinin olduğunu diqqətə çatdırıb:

"Bunlardan birincisi odur ki,  Azərbaycanda yaşayış şərtləri streslidir. Hamımız stresdəyik. Kimi ailə-uşağının, kimi işlədiyi yerin, kimi də özünün ucbatından. İqtisadi stabillik, rifah halı yoxdur. İkincisi və ən başlıcası odur ki, insanlar vaxtaşırı profilaktik müayinələrdən keçmirlər. Hər ildə ən azı bir, bəzən isə iki dəfə müayinədən keçmək lazımdır. Bunu heç kəs etmir, ya da etmək istəmir. Statistikada dünyasını dəyişənlərin arasında tanıdığımız şəxlər də var. Onların dünyasını dəyişməsi kimi hallar mətbuatın diqqətini çəkir, amma mən deyə bilərəm ki, çoxlu sayda belə faktlar var. Onlar sıradan insanlar olduğundan ölüm halları diqqət çəkmir. Düşünürəm ki, bunların iqtisadi səbəbləri var. Əksəriyyəti özəl yerlərdə işləyir və vaxtında müayinəyə gələ bilmirlər”.


Aydın Əliyevin sözlərinə görə, insan sağlamlığı üçün qidalanma faktoru böyükdür: 

"Duzlu, yağlı, ətli yeməkləri sevirik və bunlara üstünlük veririrk. Ekoloji təmiz qidaları yemirik. Daha yaxşı olar ki, vətəndaşlarımız belə qidalara üstünlük versinlər və ildə ən azı bir dəfə də olsa müayinədən keçsinlər”.


Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri