Icma.az
close
up
RU
Qəhrəman ekipaj üzvləri

Qəhrəman ekipaj üzvləri

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.


Dekabrın 25-də Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Çeçenistanda enməli olsa da sonradan təyyarə Qazaxstanın Aktau hava limanına yönəldilib və orada qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 67 nəfərdən 38-i dünyasını dəyişib, 29-u yaralanıb. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev Az.TV-yə müsahibəsində təyyarəmizin Rusiya tərəfindən vurulduğunu deyib və qeyd edib ki, Rusiya Azərbaycandan üzr istəsə də digər şərtləri yerinə yetirməyib. Belə ki, Rusiya günahını etiraf etməli, günahkarlar cəzalandırılmalı və Azərbaycan dövlətinə, eyni zamanda zərərçəkmişlərin ailəsinə təzminat ödənilməlidir. Lakin təyyarənin qəzaya uğramasından sonra Rusiya tərəfi hadisəni ört basdır etmək istəmişdi. Rusiya tərəfi gah təyyarənin qəzaya uğramasını quş sürüsü ilə toqquşması, gah da qaz balonunun partlaması ilə əlaqələndirməyə çalışır. Lakin, bu, versiyaların hər ikisi qəbulolunmazdır. Çünki, təyyarə xaricdən bir neçə dəfə zədə alıb, və idarəetmə demək olar ki, itirilib. 

Qəhrəman pilotlar öz peşəkarlıqları nəticəsində raketlə vurulmuş, idarəetməsi itmiş bir təyyarəni öz həyatları bahasına ön təkər üzərinə endirmişlər. Bələdçilər son ana kimi dözümlülük, rəşadət göstərərək sərnişinləri sakit olmağa, yerlərində əyləşərək kəmərləri bağlamağa çağırmışlar. Hər iki pilot və bir bələdçi bu qəzada həlak olmuşdur. 


Azərbaycanın Dövlət başçısı müsahibəsində eyni zamanda vurğulayıb: "Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax, bu faktdır və bu faktı heç kim dana bilməz. Pilotlat və ekipaj üzvləri-onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər insani davranış göstərmişlər. Onların fəaliyyəti Azərbaycan tərəfindən layiqincə qiymətləndiriləcək".

Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökümə Cəlil qızı (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı, Əsədov Zülfüqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər. 

Aytac Quliyeva 

Vətən müharibəsi şəhidi Hətəmxan Quliyevin həyat yoldaşı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://missiya.az
archiveBu xəbər 31 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see496

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see323

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see224

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see221

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see179

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see174

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see167

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see161

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri