Icma.az
close
up
RU
Qəhvə ilə bağlı gözlənilməz nəticə Cəmi 5 dəqiqə kifayətdir

Qəhvə ilə bağlı gözlənilməz nəticə Cəmi 5 dəqiqə kifayətdir

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Bəzən bir fincan qəhvəyə ehtiyac olmur. Sadəcə onun qoxusunu hiss etmək belə insanın əhvalına təsir edə bilər.

“Yeni Sabah” xəbər verir ki, Yaponiyada aparılan yeni araşdırma təzə dəmlənmiş qəhvənin qoxusunu cəmi beş dəqiqə iyləməyin beyində rahatlama göstəricisini artıra və mənfi emosiyaları azalda biləcəyini üzə çıxarıb. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub. Tədqiqatda 20-29 yaş arasında olan 20 universitet tələbəsi iştirak edib.

Beyində rahatlama göstəricisi artıb Sezar pizza

Tədqiqat zamanı iştirakçıların yaxınlığına təzə dəmlənmiş qəhvə qoyulub və onlar beş dəqiqə ərzində onun qoxusuna məruz qalıblar. Nəticədə iştirakçıların yorğunluq, gərginlik, narahatlıq, çaşqınlıq və depressiv əhval göstəricilərində nəzərəçarpacaq azalma qeydə alınıb. Eyni zamanda beyində rahatlama ilə əlaqələndirilən göstəricinin yüksəldiyi müəyyən edilib. Bununla belə, ürək döyüntüsünün tezliyi və ürək döyüntüləri arasındakı dəyişkənlikdə ciddi fərq müşahidə olunmayıb.

Tədqiqatçılar təcrübə üçün 20 qram üyüdülmüş qəhvəni 400 millilitr isti su ilə dəmləyib və qəhvəni iştirakçılardan təxminən 50 santimetr uzaqda yerləşdiriblər.

Qəhvə qoxusu daha çox mənfi hissləri azaldıb

Beş dəqiqəlik qoxu təsirindən əvvəl və sonra aparılan ölçmələr qəhvə qoxusunun insanlarda enerji və canlılıq hissini dərhal artırmadığını göstərib. Əsas dəyişiklik mənfi emosiyalarda müşahidə olunub. Yorğunluq, gərginlik, narahatlıq, çaşqınlıq və depressiv əhval göstəriciləri aşağı düşüb. Beyindəki alfa, beta və teta dalğalarının nisbəti əsasında hesablanan rahatlama göstəricisində də artım qeydə alınıb.

Qoxu yaddaşla bağlı ola bilər

Tədqiqatçılar qəhvə qoxusunun təsirinin insanın yaddaşı və əvvəlki təcrübələri ilə bağlı ola biləcəyini düşünürlər. Belə ki, qəhvə qoxusu səhər yeməyi, istirahət fasiləsi və dostlarla keçirilən xoş vaxt kimi müsbət xatirələri yada sala bilər. Qoxu duyğusunun beyində emosiyalar və yaddaşla əlaqəli sahələrlə sıx bağlı olduğu məlumdur.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri