Icma.az
close
up
RU
Qəhvə ürək sağlamlığına necə təsir edir?

Qəhvə ürək sağlamlığına necə təsir edir?

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə kofeinin ürək-damar sağlamlığına təsiri ilə bağlı araşdırmalar böyük maraq doğurur. “Medical News Today” tərəfindən toplanan ən son tədqiqatların icmalı bu mövzuda aktual nəticələri təqdim edir. Qəhvənin faydaları ilə riskləri arasında tarazlıq məsələsi mütəxəssislərin diqqət mərkəzindədir.

News24.az xarici mediaya istinadla xəbər verir ki, bir çox araşdırma müntəzəm qəhvə istehlakının damar sağlamlığını dəstəklədiyini və müəyyən xəstəliklərin riskini azaltdığını göstərir.

Sentyabr ayında “Klinik Endokrinologiya və Metabolizm” jurnalında dərc edilən tədqiqat, gündəlik 200-300 mq kofein istehlakının (təxminən 2-3 fincan qəhvə) diabet, koroner ürək xəstəliyi və insult riskini azaltdığını göstərib. Orta miqdarda kofein istehlakı kardiometabolik xəstəliklərin inkişaf riskini 40-48 faiz azaldıb. Kofein insulin həssaslığını artırır və yağ metabolizmasını yaxşılaşdırır.

“Revmatologiya” jurnalında dərc edilən digər bir tədqiqat, qəhvə və kakao kimi kofein mənbələrinin qan damarlarının sağlamlığını yaxşılaşdırmağa kömək edə biləcəyini göstərib. Bu təsir lupus xəstələrində də müşahidə edilib. Kofeinin müsbət təsirləri ilə yanaşı, həddindən artıq istehlak ciddi risklərə səbəb ola bilər.

Avqust ayında Hindistanda keçirilən “ACC Asia 2024” konfransında təqdim olunan bir araşdırma, həftədə ən azı beş gün yüksək miqdarda kofein qəbul edən insanların ürək-damar xəstəlikləri riskinin artdığını göstərib. Gündə 400 mq-dan çox kofein (təxminən dörd fincan qəhvə) qəbul edən insanlarda qan təzyiqi və ürək döyüntülərində artım müşahidə olunub.

Sentyabrda “Journal of Stroke” jurnalında yayımlanan bir tədqiqat, gündə dörd fincandan çox qəhvə istehlakının insult riskini 37 faiz artırdığını göstərib. Orta miqdarda qəhvə istehlakı isə belə bir risklə əlaqəli deyil.

Nəticə etibarilə, qəhvənin ürək sağlamlığı üçün faydalı olub-olmaması onun miqdarından asılıdır. Orta miqdarda kofein istehlakı sağlamlıq üçün müsbət təsirlər göstərsə də, yüksək dozalar riskləri artırır. Təklif olunan miqdar gündə 200-300 mq ilə məhdudlaşmalıdır.\\Azərtac

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Fevral 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri