Qəhvədən imtina etdi, hörmətsizlik sayıldı Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Mayın 13-ü Səudiyyə Ərəbistanına səfər edən ABŞ Prezidenti Donald Tramp Ər-Riyad Beynəlxalq Hava Limanına çatan kimi xüsusi qarşılanıb. Əl-Yəmamə sarayında keçirilən rəsmi görüşdə ona krallığın ənənəvi qonaqpərvərliyinin bir hissəsi olaraq kiçik fincanda ərəb qəhvəsi təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, Tramp ona təqdim olunan qəhvəni içməkdən imtina edib.
Bu görüntülər isə Ərəbistan mediasında geniş müzakirələrə yol açıb.
Belə ki, Vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışan Tramp fincanı kənara qoyub, bir qurtum belə içmədən söhbəti davam etdirib.
Əl-Yəmamə sarayında daha sonra çəkilmiş başqa bir videoda Trampa yenidən qəhvə təklif olunur. Bu dəfə o, danışarkən fincanı tutur, amma içib-içmədiyi yenə də bəlli olmur.
Əlavə edək ki, ərəb qəhvəsi Səudiyyə mədəniyyətində istilik, hörmət və dostluq simvolu daşıyır. Bunu nəzakətlə də olsa, geri çevirmək hörmətsizlik kimi başa düşülə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 May 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















