Icma.az
close
up
RU
Qəhvəyi mərmər bağacığı: “Zərərvericiyə qarşı mübarizə tədbirləri...”

Qəhvəyi mərmər bağacığı: “Zərərvericiyə qarşı mübarizə tədbirləri...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Zaqatala və Balakəndə rayonunda kənd təsərrüfatı üçün təhlükə yaradan qəhvəyi mərmər bağacığı yayılıb.

Sakinlərin sözlərinə görə, bir sıra meyvə və fındıq ağacları bu zərərvericilərlə doludur. Ağacların yarpaqlarını, meyvələrini zədələyən bağacıq məhsuldarlığın azalmasına səbəb olur. Zaqatalada qəhvəyi mərmər bağacığının qarşısını almaq üçün hansı tədbirlər görülür? 

Bəs ərazidə zərərvericilərin təmizləmə işləri hazırda necə davam etdirilir?

“Cebheinfo.az”-ın sorğuuna cavab olaraq Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, fitosanitar sabitliyin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir:

“Aqrar Xidmətlər Agentliyi tərəfindən qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğvi, fitosanitar sabitliyin təmin edilməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

Agentlik tərəfindən ölkə üzrə fitosanitar sabitliyin təmin olunması tədbirləri çərçivəsində, xüsusilə şimal-qərb və qərb regionlarında zərərvericiyə qarşı mübarizə tədbirləri ardıcıl şəkildə aparılır. Bu məqsədlə bağacığın qışlama yerlərinin aşkarlanması üçün monitorinqlərin sayı artırılıb, yerli əhali və sahibkarlarla görüşlər keçirilir. Görüşlərdə iştirakçılara zərərvericinin yayılma yolları, təsərrüfata vurduğu iqtisadi zərərlər və mübarizə üsulları barədə geniş məlumat verilir”.

Bildirilib ki, zərərvericiyə qarşı mübarizə məqsədilə AXA tərəfindən cari ilin əvvəlindən etibarən 51 rayonda 10 736 ədəd feromon tələ quraşdırılıb:

“Agentliyin texniki avadanlıqlarla təmin olunmuş mütəxəssislərdən ibarət qrupları Zaqatala və Balakən rayonlarına ezam olunub. Sirayətlənmə səviyyəsinin yüksək olduğu ocaqlarda isə bütün təhlükəsizlik qaydalarına riayət edilməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

Qeyd etmək istərdik ki, mübarizə tədbirlərinə əhalinin, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəal iştirakı olduqca vacibdir. Zərərverici aşkar edildikdə, vətəndaşlarımızın mexaniki üsullarla onun məhv edilməsinə diqqət göstərməsi tövsiyə olunur. Unutmayaq ki, qəhvəyi mərmər bağacığı ilə mübarizə hər birimizin ortaq məsuliyyətidir”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri