Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir FOTOLAR
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində QMB zərərvericisinin vaxtında aşkar olunması məqsədilə feromon tələlərə mütəmadi baxış keçirilib.
"Unikal" xəbər verir ki, monitorinq tədbirləri Sabiroba kəndi, Nərəcan kəndi, Yalama kəndi, Xanoba kəndi, Düzahiroba kəndi, Zuxuloba kəndi, Ortaoba kəndi, Yaquboba kəndi və Ukuroba kəndi ərazilərini əhatə edib.
Xanoba kəndində 20 ədəd, digər kəndlərin hər birində isə 5 ədəd olmaqla ümumilikdə 60 ədəd feromon tələyə baxış keçirilib.
Baxış zamanı Yaquboba kəndində 15, Xanoba kəndində 8, Ortaoba kəndində 4, Yalama kəndində 1, Düzahiroba kəndində 2, Zuxuloba kəndində 2 fərd olmaqla ümumilikdə 32 fərd QMB zərərvericisi müşahidə olunub.
Aparılan monitorinqlər QMB-nin yayılma səviyyəsinin qiymətləndirilməsi və vaxtında mübarizə tədbirlərinin planlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Monitorinq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 24 Aprel 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















