Icma.az
close
up
RU
“Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırmışdır”

“Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırmışdır”

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin formalaşması, möhkəmləndirilməsi və beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində mühüm tarixi rol oynayan siyasi liderlərdəndir. Onun rəhbərliyi dövrü ölkənin siyasi sabitliyinin təmin edilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və milli maraqların qətiyyətlə müdafiəsi ilə xarakterizə olunur.

Cənab İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycan Respublikasına rəhbərlik edir. Onun Prezident seçilməsi ilə ölkədə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti ardıcıl və məqsədyönlü şəkildə davam etdirilmişdir. Prezident İlham Əliyevin əsas prioritetlərindən biri siyasi sabitliyin qorunması olmuşdur. Güclü dövlət, möhkəm institutlar və xalq–hakimiyyət birliyi onun siyasi fəaliyyətinin əsas sütunlarını təşkil edir.

Prezident İlham Əliyev demokratik idarəetmənin təkmilləşdirilməsi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm islahatlara imza atmışdır. Dövlət idarəçiliyində şəffaflığın artırılması, elektron xidmətlərin genişləndirilməsi və korrupsiyaya qarşı mübarizə tədbirləri bu siyasətin bariz nümunələridir.

Prezident İlham Əliyevin fəaliyyətində iqtisadi inkişaf xüsusi yer tutur. Onun rəhbərliyi ilə Azərbaycan regionun aparıcı iqtisadiyyatına çevrilmişdir. Neft strategiyasının uğurla davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun inkişafı ölkənin dayanıqlı iqtisadi modelinin formalaşmasına səbəb olmuşdur.

Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi kimi beynəlxalq enerji layihələri Azərbaycanın enerji təhlükəsizliyində və Avropanın enerji xəritəsində mühüm rolunu təmin etmişdir. Prezident İlham Əliyev Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi tanıtmış, ölkənin geosiyasi əhəmiyyətini daha da artırmışdır.

Cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin əsas məqsədi vətəndaşların rifahının yüksəldilməsidir. Əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin mütəmadi olaraq artırılması, şəhid ailələrinə və müharibə veteranlarına göstərilən dövlət qayğısı, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi bu sahədə görülən işlərin göstəricisidir. Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə ayrılan dövlət vəsaitləri əhəmiyyətli dərəcədə artırılmış, regionların sosial-iqtisadi inkişafı proqramları vasitəsilə ölkənin bütün bölgələrində infrastruktur layihələri həyata keçirilmişdir.

Prezident İlham Əliyevin xarici siyasəti milli maraqlara əsaslanan, balanslı və praqmatik xətt üzərində qurulmuşdur. Azərbaycan BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlarda fəal mövqe tutur. Xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmışdır. Azərbaycan qlobal problemlərin müzakirəsində söz sahibi olan dövlətə çevrilmişdir.

Prezident İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Müasir silahlarla təchiz edilmiş, peşəkar və güclü Azərbaycan Ordusu onun məqsədyönlü siyasətinin nəticəsidir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər Prezident İlham Əliyevin liderliyi, siyasi iradəsi və qətiyyətinin parlaq təzahürü olmuşdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, xalqın tarixi ədaləti təmin olunmuşdur.

Müharibədən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri başlanmışdır. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər, kəndlər, yollar, hava limanları salınır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.

Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycanın inkişaf salnaməsidir. Güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu və xalq–dövlət birliyi onun siyasi kursunun əsas nəticələridir. Azərbaycan bu gün regionun lider dövləti, beynəlxalq arenada etibarlı tərəfdaş və qalib ölkə kimi tanınır.

Cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi Azərbaycanın gələcək inkişafının etibarlı təminatıdır.

Elnur Qəhrəmanov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri