Icma.az
close
up
RU
Qələbə paradı ilə bağlı təklifə reaksiya: “Erməni faşizmi üzərində...”

Qələbə paradı ilə bağlı təklifə reaksiya: “Erməni faşizmi üzərində...”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı təklif irəli sürüb. 

Partiyanın İdarə Heyətinin növbəti iclasında bu əlamətdar tarixin əhəmiyyəti vurğulanaraq, Azərbaycan xalqının İkinci Dünya müharibəsindəki misilsiz töhfələri bir daha xatırlanıb.ƏHD Partiyası hökumətə 8 mayda Azadlıq meydanında Qələbə paradının keçirilməsi ilə bağlı rəsmi müraciət edib. Bu təklif sosial şəbəkələrdə böyük müzakirələrə və mübahisələrə səbəb olub. 

Maraqlıdır, faşizm üzərində qələbənin 80 illiyi münasibəti ilə Bakıda parad keçirilməsi bu qədər vacibdir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, faşizm üzərində qələbə qazanan babalarımızın ruhunu hər zaman hörmətlə anırıq.Onun sözlərinə görə, amma 44 günlük Vətən müharibəsinin şərəfinə keçirlən paradı ənənəyə çevirmək daha doğru olar:

“Faşizm üzərində qələbə Azərbaycan xalqının tarixində son dərəcə mühüm bir hadisədir. Bu qələbəni qazanan əcdadlarımızın ruhunu böyük ehtiram və dərin hörmətlə yad edirik.

Çünki İkinci Dünya müharibəsində demək olar ki, elə bir azərbaycanlı ailəsi olmayıb ki, hər hansı formada itki verməmiş olsun. Bu səbəbdən də faşizm üzərində qələbə günü xalqımız üçün xüsusi əhəmiyyət daşıyır.Amma biz bu gün daha böyük bir emosiya ilə Vətən müharibəmizin qələbəsinin sevincini yaşayırıq. Məhz bu tarixi zəfərin şərəfinə keçirilən paradı ənənəyə çevirmək daha doğru olar.

Təbii ki, İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsi daim əziz tutulur və tutulmalıdır. Amma bu günə qədər Azərbaycanda bu münasibətlə paradın keçirilməsi ənənəsi yoxdur.Əgər hər il belə bir parad keçirilməsi zəruridirsə, biz artıq bunu 44 günlük Vətən müharibəsindən sonra etmişik. Bu ənənə davam etdirilməlidirsə, erməni faşizmi üzərində qazandığımız qələbəni də, alman faşizmi üzərində əldə etdiyimiz zəfəri də xüsusi paradlarla qeyd edə bilərik. Yəni bunların biri digərinə mane olmur”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Parad Hikmət Babaoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see281

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see125

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri