Icma.az
close
up
RU
Qələbə qazandıq, pulu kim ödəyəcək? Avstriyada Eurovision narahatlığı

Qələbə qazandıq, pulu kim ödəyəcək? Avstriyada Eurovision narahatlığı

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstriya “Eurovision Mahnı Müsabiqəsi 2026”-ya  ev sahibliyi etməyə hazırlaşır.

Modern.az xəbər verir ki, ölkədə qələbə sevinci ilə yanaşı tədbirin harada keçiriləcəyi və xərclərin necə qarşılanacağı ciddi müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Avstriyanın təmsilçisi, 24 yaşlı operatik müğənni Yohannes Pietsç – səhnə adı ilə JJ, “Wasted Love” adlı mahnısı ilə gecənin qalibi olub. Bu, Avstriyanın Eurovision tarixində üçüncü qələbəsidir.

Müsabiqənin finalı İsveçrənin Bazel şəhərində baş tutub. Qələbədən dərhal sonra Avstriyanın ictimai yayımlayıcısı ORF və hökumət nümayəndələri tədbirin təşkilinə dair ilkin planlarını açıqlayıblar. ORF rəhbəri Roland Vayssman bildirib ki, xərclərin qarşılanması ilə bağlı konkret cavab hələ yoxdur: “Əgər bu gün buna dəqiq cavab verə bilsəydim, bu bir növ sehr olardı. Amma hələ finaldan əvvəl qələbə şansımızın olduğunu nəzərə alaraq düşünməyə başlamışdıq.”

Onun sözlərinə görə, artıq rəsmi dairələrlə intensiv müzakirələr aparılır və tədbirin harada keçiriləcəyi şəffaf şəkildə müəyyən olunacaq.

Hazırda əsas namizəd təbii olaraq Avstriyanın paytaxtı Vyana sayılır. 2014-cü ildə Conçita Vurstun qələbəsindən sonra müsabiqə məhz bu şəhərdə keçirilmişdi. JJ də ORF-ə açıqlamasında yarışmanın məhz Vyanada baş tutmasını istədiyini deyib: “Mən istərdim ki, açılış mərasiminə havadan uçaraq daxil olum. Bu, klipimdəki səhnəyə bənzəyərdi. Hələlik bu ideyanı müzakirə etməliyik.”

Avstriyada yeni qurulmuş mərkəzçi koalisiya hökuməti bu yaxınlarda qənaət yönümlü büdcə təqdim edib. Ölkə ardıcıl üçüncü ildir ki, iqtisadi durğunluq yaşayır və büdcə kəsiri Aİ-nin 3%-lik limitini aşıb.

Belə bir vəziyyətdə milyonlarla avroya başa gələcək Eurovision tədbiri bəzi dairələrdə narahatlıq doğurur. Baş nazir müavini və mədəniyyət naziri Andreas Babler ORF efirində çıxış edərək, hazırda yalnız “ciddi müzakirələr”in aparıldığını söyləyib.

Qeyd edək ki, Eurovision-un maliyyələşdirilməsi əsasən iştirakçı ölkələrin yayımlayıcı ödənişləri, ev sahibi yayımçı və şəhərin payı, sponsorluq gəlirləri, bilet satışları və səsvermə vasitəsilə həyata keçirilir.

Maliyyə naziri Markus Marterbauer isə məsələyə yumorla yanaşıb. O, gecə Instagram-da bir satirik xəbər başlığını paylaşaraq yazıb: “Növbəti yarışmanın xərclərindən yayınmaq üçün İsveçə 3000 dəfə səs verdim. Yetərli olmadı...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri